banner
banner

Gündəm

Qənirə Paşayeva: "Minlərlə analar və atalar səksəkə, narahatlıq içindədir"

Qənirə Paşayeva:

"Dəhşət, böyük üzüntü və ciddi narahatlıq içindəyik". Bu sözləri deputat Qənirə Paşayeva yandırılmış meyiti tapılan 10 yaşlı Nərminin ölümünə münasibət bildirərkən deyib.

BAKU.WS xəbər verir ki, millət vəkili dəhşətli qətldən sarsıldığını dilə gətirib:

"10 yaşlı Nərmin balamıza qarşı törədilmiş bu dəhşətli cinayət hamımızı dərindən sarsıdıb. Kiçik bir qız uşağını oğurlayıb, sonra onun cəsədini boş bir sahəyə atıb yandıraraq bu dəhşətli cinayəti törədənə insan deməyə adamın dili gəlmir. Bu cürlərinin əslində yer üzündə gəzmə haqqı olmamalıdır.

Respublikamızın hüquq mühafizə orqanları ciddi araşdırma aparırlar və inanırıq ki, bu dəhşətli hadisəni törədən layiq olduğu ən ağır cəzanı alacaq. Nərminin yoxa çıxması və bu dəhşətli hadisənin xəbərinin yayılması ilə xüsusilə də kiçik yaşlı qızları olan minlərlə analar və atalar səksəkə, narahatlıq içindədir. İnanırıq ki, bu dəhşətli qətli törədən (törədənlər) qısa zaman içində tapılacaq və bütün cəmiyyətimiz onun layiq olduğu ən ağır cəzanı almasının şahidi olacaqlar. Biz hamımız bunu gözləyirik. Nərminin faciəsi qəlbimizdə dərin bir yara açdı və heç bir zaman unudulmayacaq. Ona Allahdan rəhmət diləyirik. Nur içində yatsın. Valideynlərinin böyük ağrı və üzüntüsünü paylaşırıq.

Artıq yoldayam. Bir az sonra Nərminin ailəsinin yanında olub, onlara acılarını minlərlə insanımızın paylaşdığını və Nərminə qarşı bu dəhşətli cinayəti törədənlərin mütləq ədalət qarşısında cavab verib layiq olduğu (olduqları) ağır cəzanı alacağını da söyləyəcəm. Nur içində yat gözəl Nərmin. Sənə qarşı bu dəhşətli cinayəti törədənlər ədalət qarşısında mütləq cavab verəcəklər".

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.