Saat 15:00-da başlaması nəzərdə tutulan mitinqi hələ başlamayıb.
Təyin olunan vaxtdan 15-20 dəqiqə keçsə də meydana çox az adam toplaşıb. Bununla belə adamlar aksiyaya gəlməkdə davam edir. Polis onların stadiona girişinə heç bir maneə törətmir. Aksiyaya gələnlər meydana xüsusi turniketlərdən keçməklə daxil olur. Onların üstü metalaxtaran cihazla yoxlanır. Heç bir insident qeydə alınmayıb.
Mitinqin təşkilatçıları iştirakçılara müraciət edərək onları qapının ağzında dayanmamağa və meydana toplaşmağa dəvət edir. Mitinq hələ də açıq elan edilməyib.
* * *14:49
Aprelin 5-də müxalifət təşkilatları və ictimai fəalların birləşdikləri Milli Şura Bakıda - "Məhsul" stadionunda mitinq təyin edib.
Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın bu aksiyanı keçirməsinə razılıq verib. Müxalifət fəalları bu aksiya zamanı da ölkədə bahalaşmaya etirazlarını bildirirməyə hazırlaşırlar.
Milli Şura manatın ucuzlaşmasına etiraz olaraq martın 15-də də Bakıda etiraz aksiyası keçirmişdi. O zaman təşkilatçılar aksiyaya 10 min nəfərin qatıldığını iddia etsələr də müstəqil ekspertlər və BŞBPİ mitinqdə 1000 nəfərin iştirak etdiyini bildirmişdi.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.