banner
banner

Dünya

ABŞ-ın Dövlət katibi Özbəkistana səfər edəcək

ABŞ-ın Dövlət katibi Özbəkistana səfər edəcək

ABŞ-ın Dövlət katibi Maykl Pompeo fevralın-2-3-də Özbəkistanda səfərdə olacaq.

AZƏRTAC Özbəkistan mətbuatına istinadla xəbər verir ki, səfər müddətində Maykl Pompeo Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə və Xarici işlər naziri Əbdüləziz Kamilovla görüşəcək. Dövlət katibi Daşkənddə “Mərkəzi Asiya-ABŞ” (“C5+1”) formatında keçiriləcək nazirlərin görüşündə də iştirak edəcək.

Məlumata görə, tədbirdə Maykl Pompeo ABŞ-ın Mərkəzi Asiya üzrə yeni strategiyasına müvafiq olaraq bu ölkələrə dəstəyini təsdiq edəcək.

Görüşə Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın xarici işlər nazirləri qatılacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.