Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müşaviri təyin edildi
“Sağ Sektor” Partiyasının lideri, Donbassda döyüşən Ukrayna Könüllü Korpusunun (DUK) rəhbəri, Ali Radanın deputatı Dmitri Yaroş Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müşaviri təyin edilib.
APA-nın “censor.net” saytına istinadən verdiyi məlumata görə, Baş Qərargah rəisi Viktor Mujenko və Dmitri Yaroş arasında keçirilən görüşdə bu barədə razılıq əldə olunub. Görüşdə DUK və ordu arasında birgə fəaliyyətin formatı da müəyyənləşdirilib.
V. Mujenko vətənin təcavüzkardan müdafiəsi işinə könüllü batalyonların töhfəsini yüksək qiymətləndirdiklərini bildirib: “Ukrayna Könüllü Korpusunun üzvləri bir çox döyüşdə yüksək döyüş ruhu və motivasiya nümayiş etdiriblər. Onların təcrübəsi və bilikləri bütün Silahlı Qüvvələrin inkişafına xidmət edəcək. Biz həmçinin ordunun ehtiyat bölmələrinin inkişafının müxtəlif modellərini nəzərdən keçiririk”.
D. Yaroş isə könüllü korpusun ölkənin müdafiəsi ilə bağlı məsələlərdə ordu rəhbərliyinə tabe olmağa hazır olduğunu vurğulayıb.
Xatırladaq ki, D. Yaroş bu ilin yanvarında Donetsk hava limanı uğrunda gedən döyüşlərdə yaralanıb və bu yaxınlarda xəstəxanadan çıxıb.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.