banner
banner

Sosİal

“Atamı tanıya bilmədim”

“Atamı tanıya bilmədim”

Kəlbəcərdə doğmalarının qəbrini ziyarət edən zaman erməni işğalçılar tərəfindən girov götürülmüş Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasının səhhətindən narahatdır.

Onun anspress-ə verdiyi məlumata görə, Dilqəm Əsgərovla heç bir beynəlxalq təşkilat maraqlanmır.

“4 aydır atama çörək vermirlər. Televiziyada görəndə onu tanımadım. Çox dəyişib, arıqlayıb. Hiss olunur ki, səhhətində böyük problemlər var”, - deyə Kürdoğlu bildirib.

Onun sözlərinə görə, dəfələrlə beynəlxalq təşkilatlara müraciət edilsə də, konkret heç bir addım atılmayıb.

“Atamın vəziyyəti çox pisdir. Bir dəri qalıb, bir sümük. Hara baxır beynəlxalq təşkilatlar? Nə istəyirlər? İstəyirlər öldürsünlər?”, - deyə Kürdoğlu Əsgərov bildirib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.