banner
banner

Dünya

Çində koronavirusdan ölənlərin sayı 491 nəfərə çatıb

Çində koronavirusdan ölənlərin sayı 491 nəfərə çatıb

Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 24 min 365 nəfərə, bu virus səbəbindən ölənlərin sayı isə 491 nəfərə çatıb.

AZƏRTAC Çin Dövlət Səhiyyə Komissiyasına istinadla xəbər verir ki, virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 23 mini ötüb. İndiyədək 895 nəfər sağalaraq xəstəxananı tərk edib, virusa yoluxanlardan 3 min 219 nəfərinin vəziyyəti ağır qiymətləndirilir. Ölüm hallarının 479-u virusun aşkarlandığı və ən çox yayıldığı (16 min 678 nəfər) Xubey vilayətində qeydə alınıb.

İndiyədək virusa yoluxanlarla yaxın ünsiyyətdə olmuş 252 min 154 nəfər müəyyən edilib, onlardan 185 min 555 nəfəri həkim nəzarətinə alınıb.

Çindən başqa Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniya, Şri-Lanka, Kamboca, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Hindistan, Filippin, İngiltərə, Rusiya, İtaliya, İspaniya, İsveç və Belçikada, ümumilikdə 182 adam virusa yoluxub. Çinin hüdudlarından kənarda Filippində bu virusdan bir ölüm faktı qeydə alınıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.