banner
banner

Gündəm

Elnur Allahverdiyev və yeni baxışlar

Elnur Allahverdiyev və yeni baxışlar

Bu gün parlament seçkilərində təbliğat-təşviqat kampaniyasının son günüdür. Bu müddətdə aparılan kampaniya nəticəsində Azərbaycan yeni simalar tanıdı və bu seçki marafonunun daha effektli olduğunu gördü. Daha müasir baxışlara malik, seçki kampaniyasını daha çevik şəkildə aparan elə namizədlər oldu ki, indidən seçicilərin rəğbətini qazana bildilər.Belə namizədlərdən biri 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizəd Elnur Allahverdiyev oldu. Müasir elmi biliklərə malik olan namizəd elə seçki prosesində bunu sübut etdi və bir daha göstərdi ki, müasir dünyaya, yeni yanaşma təsiri olan kadrlar lazımdır. Yeri gəlmişkən bunu qeyd etmək lazımdırki təbliğat-təşviqat kampaniyası zamanı müəyyən qüvvələr tərəfindən qara piar kampaniyasına ən çox məruz qalan elə Elnur Allahverdiyev oldu. Amma Elnur Allahverdiyev bu çirkin kampaniyaya soyuqqanlı yanaşmaqla öz hədəfindən yayınmadı. Namizəd öz növbəsində rəqiblərini təhqir etmədən seçicilərlə görüşlərini davam etdirdi və seçicilərinə sübut edə bildi ki, nanatexnologiya əsrində boşboğazlıqla məşğul olmaq mənasızlıqdır. Bununla yanaşı Elnur Allahverdiyev başda olmaqla bir sıra namizədlərin meydana çıxması ona görə sevindirici hal oldu ki, artıq Azərbaycan siyasətinə yeni təfəkkürlü insanlar gəlir və bu Azərbaycanın inkişafının davamıdır. Həmçinin bir daha Azərbaycan cəmiyyəti hakim komandanın nə qədər peşəkar kadrlarının olduğunu gördü. Elnur Allahverdiyev seçki prosesində bunu seçicilərinə sübut etdi. O, tək özünün yox, həm də təmsil olunduğu partiyanın yeni baxışlarını gündəmə gətirdi. Bütün bunlar isə Elnur Allahverdiyevin qələbəsini təmin edən əsas şərtlərdir. Bu gün seçki sona çatarsa Elnur Allahverdiyev özünü qalib saya bilər.


Almaz Səfərli


 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.