“Ermənistan Rusiya ilə imzaladığı müqavilələrlə və Avrasiya İttifaqına girməklə xoş gələcəkdən məhrum olub”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə erməni analitik Aykazn Qaqriyan öz köşə yazısında çıxış edib.
Onun sözlərinə görə, müharibə olacağı təqdirdə Rusiya Ermənistanı müdafiə etməyəcək:
“Ermənistan iqtisadiyyatının katastrofik vəziyyətdə olması Rusiya yönlü proyektlərə qoşulması ilə bağlıdır. Çoxları təsdiq edir ki, Rusiyanın iqtisadi-maliyyə vəziyyətinin pisləşməsi ona qarşı yürüdülən beynəlxalq sanksiyalarla bağlıdır. Bunun digər ölkələrə, o cümlədən Gürcüstana təsiri ilə bağlı söylənilənlər isə demaqogiyadır. Ona görə ki, bu ölkələrin ən azından hansısa gələcəyi var. Ermənistan Rusiya ilə imzaladığı müqavilələrlə və Avrasiya İttifaqına girməklə bu gələcəkdən məhrum olub. Rusiyanın hazırkı vəziyyəti çox güman ki, bundan sonra uzun müddət davam edəcək. İndi isə təhlükəsizliklə bağlı əsas məsələlərə müraciət edək. İqtisadi vəziyyətlə bağlı arqument olmadığına görə, Rusiya yönlü dairələr təhlükəsizlik məsələsində hələ də “müqavimət” göstərirlər. Avrasiya İttifaqına üzvlükdən sonra Ermənistan və Qarabağın “sərhədləri”ndə situasiya kəskinləşib. Artıq qarşı tərəf yeni hərbi texnika və metodologiyadan istifadə edərək, yeni hərbi taktikaya keçib. Bu, Rusiya ilə Azərbaycanın hərbi-siyasi sferada sıx əməkdaşlığı nəticəsində mümkün olub. Ona həmçinin Ermənistanın Avrasiya İttifaqına üzvlüyü də şərait yaradıb. Bundan əlavə, Rusiya açıq şəkildə Azərbaycanla əməkdaşlığını dayandırmayacağı və müharibə olacağı təqdirdə müttəfiqini müdafiə etməyəcəyi ilə bağlı hərəkətlər edir. Bütün bunlara rəğmən, Rusiya yönlü dairələr hələ də rusların bizi qoruyacağı məsələsində təkid etməyə davam edirlər”.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.