banner
banner

Gündəm

Çingiz Qənizadə MSK-nın qərarından danışdı: “Seçicilərim zəng edib ağlayırdılar”

Çingiz Qənizadə MSK-nın qərarından danışdı:

 “Dünəndən seçicilərim, mənə kömək edən insanlar, müşahidəçilərim, təbliğatçılarım, ağsaqqallar, ziyalılar zənglər edirlər. Onlardan bir neçəsi mənə təsir etdi, kövrəldilər, hətta ağlayanlar da var”.

Bunu Azvision.az -a açıqlamasında nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv edilmiş 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə deyib.

O bildirib ki, MSK-ya şikayət olunan məntəqələrdə nə baş verdiyini hələ də bilmir: “Dünənə qədər 80 saylı İmişli-Beyləqan seçki dairəsinə heç bir şikayət daxil olmamışdı. Ona görə bunları görmədən fikir söyləyə bilmərəm. Eyni zamanda bəyan edirəm ki, Mərkəzi Seçki Komissiyasının qərarına hörmətlə yanaşıram”.

Ç.Qənizadə qeyd edib ki, nəticələri MSK tərəfindən ləğv edilmiş 4 dairə 5 il müddətində boş qala bilməz: “Seçicilərin haqqı var ki, parlamentdə onları təmsil edəcək nümayəndələri olsun. Bu gedişdən hiss olunur ki, hələ bir neçə dairə haqqında da müvafiq qərarlar qəbul olunacaq. O baxımdan həmin dairələrdə təkrar seçkilər keçiriləcək. Əgər yeni seçkilər keçiriləcəksə, bu seçkidə iştirakla bağlı israrlı olacağam. Çünki 10 il ərzində bu dairədə kifayət qədər görüşlər keçirmişəm. Hər il seçicilərimlə görüşlərdə olmuşam. Ümumilikdə, hər 5 ildə 250-dən çox görüş keçirmişəm. Yüzlərlə insanı qəbul edib, onlara dəstək vermişəm. Əgər seçkilər qısa zaman ərzində, yaxın 3-5 ay müddətində keçirilərsə, iştirakla bağlı qərar qəbul edəcəyəm”.

Hüquq müdafiəçisi olduğunu vurğulayan Ç.Qənizadə bildirib ki, onun üçün seçkidə iştirakla bağlı konkret hansısa dairə anlayışı yoxdur: “Hüquq müdafiəçisi olaraq parlamentdə işim ikiqat-üçqat çətin idi. Çünki mənə ölkənin hər bir yerindən müraciətlər olurdu. Bildirəndə ki, o dairəni təmsil etmirəm, haqlı olaraq hüquq müdafiəçisi olduğumu xatırladırdılar və ölkənin hər bir nöqtəsindən olan müraciətə baxmalı olurdum. Bu baxımdan gələcəkdə hansı dairədən namizədliyimin verilməsi məsələsinə bir daha baxaram. Çünki dairənin bir o qədər önəmi yoxdur. Bu dairə də, digərləri də mənə doğmadır. Əgər seçkilər keçiriləcəksə, digər dairələrdən namizədliyimin verilib-verilməməsi məsələsi tərəfimdən təhlil olunacaq və müəyyən qərar veriləcək. Hansı dairədən olmasından asılı olmayaraq, Azərbaycan parlamentində olmaq, millət vəkili kimi fəaliyyət göstərmək və qanunvericiliyin yaradılmasında aktiv iştirak etmək, cənab Prezident İlham Əliyevin və vitse-prezident Mehriban Əliyevanın apardığı islahatlara dəstək vermək, təhlil etmək, ölkənin daxili və xarici siyasətində baş verənləri seçicilərə çatdırmaq böyük şərəfdir. Bu proseslərdə iştirak etmək üçün namizdəliyimi dairələrdən birindən irəli sürmək barədə düşünəcəm. Bunu zaman göstərəcək. Hələlik MSK öz işindədir, nəticələri yoxlayır. Ümid edirəm ki, bu məsələlər başa çatdıqdan sonra mətbuat üçün bir daha açıqlama verə bilərəm”.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.