banner
banner

Dünya

Tramp Maduronu devirmək üçün iki ölkəyə səsləndi - böhran

Tramp Maduronu devirmək üçün iki ölkəyə səsləndi - böhran

ABŞ Hindistan və Çini Venesuela neftindən imtinaya çağırdı, Moskva isə rejimə yenə qahmar çıxdı; Putin ermənini bu ölkəyə səfir göndərdi - şərh

Amerikanın Venesueladakı hakimiyyəti devirmək üçün cəhdləri tükənmir. Ağ Ev rəhbəri Donald Tramp nə yolla olursa-olsun, Nikolas Maduro rejiminə son qoymağa çalışır.

ABŞ bu dəfə Hindistan və Çini Venesuela neftindən imtina etməyə çağırıb. “Yeni Müsavat”ın verdiyi xəbərə görə, bunu ABŞ-ın Venesueladakı xüsusi nümayəndəsi Elliott Abrams deyib.

Abrams bildirib ki, Venesuela neftinin tədarükünün iki ən böyük müştərisi Hindistan və Çin məhz bu sıralamadadır.

ABŞ rəsmisi deyib ki, müştərilərlə danışacağıq və Venesuela nefti ilə əlaqədar Amerika siyasətini onlara izah edəcəyik: “Onların fəaliyyətlərini azaltmaq üçün bu rejimi dəstəkləyən bütün ölkələri əmin etməyə çalışacağıq”.

Rusiyalı senator Konstantin Kosaçev deyib ki, ABŞ-ın sanksiyalarına baxmayaraq, Moskva Venesuelaya dəstəyini davam etdirəcək.

“Bu kimi sanksiyalar ABŞ-ın digər bir dövlətin daxili işlərinə müdaxiləsinin qarşısını almaq üçün tətbiq olunur”, - Kosaçev bildirib.

O vurğulayıb ki, bu davranış “dünya jandarmı”nın deyil, öz siyasi məqsədləri üçün iqtisadi gücündən istifadə edən qlobal xuliqanın davranışıdır.

Yeri gəlmişkən, prezident Vladimir Putin Rusiyanın Venesueladakı səfiri vəzifəsinə Sergey Məlik Baqdasarovu təyin edib. Əslən erməni olan Baqdasarovun 52 yaşı var. O, bundan öncə Rusiya Xarici İşlər Nazirliyinin Latın Amerikası Departamentin direktorunun müavini kimi çalışıb.

Yəni Kreml Venesuelada Vaşinqtona qarşı açıq şəkildə dirəniş göstərir. Bu, ABŞ-la Rusiyanın toqquşduğu növbəti regional böhranlardan biridir.

Moskvanın Karakasa dəstəyi olmasaydı, ordu Maduronu tək buraxsaydı, hakimiyyət çoxdan devrilmişdi.

Venesuela prezidenti Nikolas Maduro isə bəyan edib ki, müxalifətin lideri Xuan Quaido məhkəmənin müvafiq qərarından sonra həbsxanaya yerləşdiriləcək.

“Məhkəmə Quaidonun həbsi ilə bağlı order verdikdə, o, həbsxanada olacaq. O gün hələ gəlməyib, lakin gələcək”, - deyə prezident bildirib.

Politoloq Ramiyə Məmmədova ile ilgili görsel sonucu

Politoloq Ramiyə Məmmədovanın “Yeni Müsavat”a bildirdiyinə görə, ABŞ Rusiya ilə bir neçə regionda mübarizə aparır:

“Tramp prezident seçiləndə başqa ölkələrin daxili siyasətinə müdaxilə olmayacağını söyləmişdi. Amma çox çəkmədi ki, bütün münaqişələrə qoşuldu.

Əvvəlcə, Qüdsü İsrailin paytaxtı kimi tanıdı, sonra Suriya, Liviya, Venesuela münaqişələrində fəal iştirak etməyə başladı, hər üç ölkə də neftlə zəngindir.

O cümlədən İrana sanksiyaları gücləndirib, bir müddət əvvəl Şimali Koreya ilə münasibətlər gərgin idi. Yəni Trampın prezidentlik dövrü heç də dediyi kimi, başqa ölkələrin işinə qarışmamaqla keçmədi".

Politoloq hesab edir ki, Moskva Amerikanın olduğu zonalarda mövcud hakimiyyətləri müdafiə edir:

“Venesuelada Maduro rejimi sanksiyalara müqavimət göstərir. Böhranın qısamüddətli həlli görünmür. Rusiya Latın Amerikasının neftlə zəngin ölkəsini Vaşinqtonun forpostuna çevirməyə imkan verməməyə çalışacaq.

Hazırda inqilabi hərəkat da səngiyib, müxalif lider küçə mübarizəsindən çəkilib. Amerika Maduronu etirazlarla yıxa bilmədiyi üçün İran variantını seçib, sanksiyalarla rejimi çökdürməyi hədəfləyib".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.