banner
banner

Gündəm

Münhendə Paşinyanın başını dərdə salan Şaumyan kimdir?

Münhendə Paşinyanın başını dərdə salan Şaumyan kimdir?

1918-ci ildə erməni cəlladının rəhbərliyi ilə Bakı soyqırımı baş verib

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirəsi gündəmi zəbt etməkdədir.

Dövlət başçısının Paşinyanı darmadağın etdiyi müzakirədə ən çox diqqətləri çəkən anlardan biri də erməni baş nazirin  çıxış edərkən keçmiş Şaumyan rayonunun (indiki Goranboy) Dağlıq Qarabağa aid olduğu barədə danışdığı yalan oldu. Azərbaycan prezidenti yüksək siyasi təcrübəsindən, öz ölkəsinin tarixini dərindən bilmək üstünlüyündən yararlanaraq, buna dərhal reaksiya verdi və “Şaumyan Dağlıq Qarabağa daxil deyil”, - deyə bildirdi. N.Paşinyan mövzudan yayınmağa çalışsa da, İlham Əliyev bir daha ona keçmiş Şaumyan rayonunun Dağlıq Qarabağa aid olmadığını xatırladıb. Əlacsız qalan Paşinyan etdiyi səhvə görə üzr istəyib.

Bütün bunlar isə bir daha onu sübut edib ki, Paşinyan öz ölkəsinin uydurma tarixindən belə xəbərsizdir.

Şaumyan ile ilgili görsel sonucu

Qeyd edək ki, Şaumyan rayonu 1930-cu ildə təşkil edilib. Goranboy rayonu ilk dəfə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 8 avqust 1930-cu il tarixli qərarı ilə inzibati ərazi bölgüsü və rayonların yaradılması ilə əlaqədar Goranboy kəndi mərkəz olmaqla yaradılıb. Respublika İcraiyyə Komitəsinin 8 sentyabr 1938-ci il tarixli qərarı ilə Goranboy rayonunun adı dəyişdirilərək Qasım İsmayılov adlandırılıb. Azərbaycan Respublikası Ali Sovetinin 12 fevral 1991-ci il tarixli qərarı ilə eyni ərazidə iki rayonun mövcudluğu lüzumsuz sayılmış, Şaumyan (kənd) rayonu ləğv edilərək rayonun keçmiş adı özünə qaytarılmaqla Goranboy rayonu yaradılıb. Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə 7 fevral 1991-ci ildə ləğv edilərək Qasım İsmayılov rayonunun tərkibinə daxil edilib. Qasım İsmayılovun adı isə dəyişdirilərək Goranboy olub.

Şaumyan ile ilgili görsel sonucu

Şaumyan qaniçən bir erməni cəlladıdır. Onun əli azərbaycanlıların qanına batıb.  1918-ci ildə Şaumyanın rəhbərliyi ilə Bakı soyqırımı baş verib. Bu zaman minlərlə azərbaycanlı erməni-rus birləşmələri tərəfindən qəddarcasına qətlə yetirilib. Soyqırımın təşkilatçısı və rəhbəri olan Şaumyan başlanğıc üçün qırmızı ordu dəstəsinə açılan provokativ atəşi əsas götürüb. Azərbaycan tarixçiliyinə mart soyqırımı kimi keçən bu hadisələr SSRİ dövründə Müsavat Partiyasının provokasiyası kimi tədris edilirdi.

31 mart ile ilgili görsel sonucu

Şaumyan öz yazılarında bu tarixi cinayətini etiraf edib. O, məqaləsinin birində belə yazıb: “Bizim ordumuza açılan ilk atəşdən istifadə edərək bütün cəbhə boyu hücuma keçdik... Bizim 6 minə yaxın silahlı dəstəmiz vardı. Daşnaksütyunların da bizim tabeçiliyimizə verilmiş 3-4 minə yaxın ordusu vardı. Döyüş soyqırım formasını almışdı, ancaq bundan qaçmaq mümkün deyildi. Biz buna bilərəkdən getdik. Bakını ələ almasaydıq, o, Azərbaycanın paytaxtı elan ediləcəkdi”.

Bu cinayətin etirafı və Paşinyanın bu fikirləri erməni həyasızlığını bir daha ortaya qoyur. Əslində erməni baş nazir normal, savadlı biri olsaydı, ümumiyyətlə, peşəkar bir siyasətçinin, yəni İlham Əliyevin qarşısında belə səhvə yol verməzdi. Aldığı bu ağır travmadan sonra Paşinyan bir daha çətin ki, Azərbaycan prezidentinin qarşısına çıxmağa özündə cəsarət tapsın...



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.