banner
banner

Gündəm

Ərdoğan Bakıya yola düşərkən: “Allah qorusun, oradan koronavirusun ölkəmizə sıçraması...”

Ərdoğan Bakıya yola düşərkən:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Bakıya səfərə yola düşərkən aeroportda jurnalistlərin müxtəlif mövzularda suallarna cavab verib.

Virtualaz.org xəbər verir ki, jurnalistlər ondan İranda koronavirusun yayılması və Türkiyənin gördüyü ehtiyat tədbirləri barədə soruşublar.

Ərdoğan xatırladıb ki, Türkiyə artıq İranla bütün sərhədlərini bağlayıb, gediş-gəlişi dayandırıb. 

“İnsanların sağlığı ilə bağlı həssasiyyəti bir kənara qoya bilmərik. İranla bağlı atdığımız addımlar da bunun nəticəsidir. Oradan koronavirusun ölkəmizə sıçraması, Allah qorusun, ölkəmizdə qarşısıalınmaz nəticələrə səbəb ola bilər”,-Türkiyə prezidenti bildirib.

Ərdoğan xatırladıb ki, Türkiyə Çinin Vuhan şəhərindən evakuasiya etdiyi vətəndaşlarını 14 gün karantin altında saxlayıb və həmin müddət artıq bitib. “Onlar müxtəlif ölkələrdən gələnlərə qarşı bu tədbirləri görürsə biz də əlbəttə, tədbirlər görəcəyik. Bu məsələdə tərəddüd göstərməyə haqqımız yoxdur”,-o deyib.

Xatırladaq ki, Türkiyə nəinki İranla sərhəd-keçid məntəqələrini, eləcə də Naxçıvanla sərhəddəki Dilucu sərhəd-keçid məntəqəsini bağlayıb. Bu qərar Bakıda anlaşılmazlıqla qarşılanıb



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.