banner
banner

Gündəm

Ağciyər İnstitutunda ölənlərlə bağlı açıqlama

Ağciyər İnstitutunda ölənlərlə bağlı açıqlama

Son aylar Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda ölüm hallarının sayı artıb. Sonuncu belə ölüm faktları martın 10-da qeydə alınıb. Belə ki, həmin gün İnstitutda 3 ölüm hadisəsi baş verib.

TƏBİB-dən bildirilib ki, 1986-cı il təvəllüdlü qadın saat 13:30-da ağır vəziyyətdə ETACXİ-yə daxil olub.“Hər iki ağciyərin pnevmoniyası” diaqnozu ilə I Reanimasiya şöbəsinə yerləşdirilib və müalicə təyin edilib. Aparılan reanimasion müalicə tədbirlərinə baxmayaraq, saat 20:30-da bioloji ölüm qeyd olunub.

Qeyd edilib ki, ölümün səbəbi “Kəskin ağciyər-ürək çatışmazlığı, ağır gedişli, iki tərəfli pnevmoniya”dır.

İkinci xəstə 1999-cu il təvəllüdlü qadın olub. O, ETACXİ-ə mart ayının 6-da Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında ağır vəziyyətdə daxil olub. Xəstə “Ağciyər vərəmi. Şəkərli diabet I tip” diaqnozu ilə II Ağciyər vərəmi şöbəsinə yerləşdirilib və müalicə təyin edilib. Vəziyyəti pisləşdiyindən martın 10-da II Reanimasiya şöbəsinə köçürülüb. Aparılan reanimasion müalicə tədbirlərinə baxmayaraq, saat 21:05-də bioloji ölüm qeyd olunub.

Ölümün səbəbi “Kəskin ağciyər-ürək çatmamazlığı. Ağciyərlərin infiltrativ vərəmi, dağılma və sağa səpələnmə ilə. Şəkərli diabet I tip, ağır forma”dır.

1949-cu il təvəllüdlü üçüncü xəstə də ETACXİ-ə martın 6-da Göyçay Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında ağır vəziyyətdə daxil olub və “Sol ağciyərin infiltrativ vərəmi, iki tərəfli plevral reaksiya ilə (sağda sinus, solda VI qabırğa səviyyəsi)” diaqnozu ilə I Ağciyər vərəmi şöbəsinə yerləşdirilib və müalicə təyin edilib. Aparılan reanimasion müalicə tədbirlərinə baxmayaraq, martın 10-u saat 19:00-da bioloji ölüm qeyd olunub.

Ölümün səbəbi: “Ağciyər arteriyasının tromboemboliyası. Xroniki ağciyər ürəyi. Sol ağciyərin infiltrativ vərəmi, dağılma mərhələsində (kazeoz pnevmoniya). Ekssudativ plevritlə fəsadlaşma”dır.

Bütün ölüm hadisələri haqqında ərazi üzrə rayon prokurorluğu və polis idarəsi məlumatlandırılır.

Qeyd edək ki, təkcə mediada yer alan məlumatlara əsasən, ilin əvvəlindən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yanvar ayında 6, fevralda 4, martda isə 3 olmaqla ümumilikdə 13 ölüm hadisəsi qeydə alınıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.