banner
banner

Dünya

Yunanıstanda daha 103 nəfər koronavirusa yoluxub

Yunanıstanda daha 103 nəfər koronavirusa yoluxub

Yunanıstanda daha 103 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin COVID-19 üzrə nümayəndəsi, professor Sotiris Siodras brifinq zamanı bildirib.

Onun sözlərinə görə, 49 yoluxma halı son sutka ərzində, 54 yoluxma halı isə əvvəlki sutka ərzində qeydə alınıb.

“Bu, ciddi artımdır. Virusun yayılmasının qarşısını altmaq üçün hər kəs qaydalara əməl etməlidir”, - Siodras belə deyib.

Ölkədə ümumilikdə 4000-dən çox laboratoriya müayinəsi aparılıb. Səkkiz yoluxmuş şəxs reanimasiya şöbələrində ağır vəziyyətdədir. Xəstəxanalarda cəmi 51 xəstə var. Siodras bildirib ki, 4 xəstə virusdan ölüb, 10 nəfər isə sağalaraq evə buraxılıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.