banner
banner

Gündəm

Əhliman Əmiraslanov: “Bir nəfər virus daşıyıcısı bir neçə yüz sağlam insanı yoluxdura bilər”

Əhliman Əmiraslanov:

Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanunun layihəsi müzakirə olunur.

Parlament sədrinin Birinci müavini Əli Hüseynli məlumat verdi. Qeyd edək ki, layihəsə koronovirus təhlükəsi ilə bağlı cəzaların sərtləşdirilməsi nəzərdə tutulur.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “epidemioloji vəziyyətlə əlaqədar qanunları pozanlar ciddi şəkildə cəzalandırılmalıdır” dedi. O bir gün əvvəl parlamentdə komitələrin koronavirusla bağlı keçirdiyi dinləmələrdən də bəhs etdi. Bildirdi ki, TƏBİB sədri Ramin Bayramov da müzakirələrə dəvət edilmişdi: “Ramin Bayramov mənim üçün də məlum olmayan bir çox məsələləri diqqətə çatdırdı. Ölkədə çox genişmiqyaslı, kompleks, adekvat tədbirlər hazırlanıb həyata keçirilir. Ölkəmizdə mövcud olan ən vacib avadanlıqlar bu istiqamətə yönəldilməsi üçün hazırdır. Cənab prezidentin tapşırığı ilə yeni avadanlıqlar, qoruyucu vəsaitlər ölkəmizə gətirilib və gətirilməkdə davam edir. Bu sahədə çalışan xaricdəki kadrların gətirilməsi istiqamətdə də çox ciddi işlər görülür”.

Ə.Əmiraslanov dedi ki, koronaviris başlamazdan əvvəl müvafiz laboratoriyalar var idi: “Bu proses başlayandan da yeni laboratoriyalar ölkəmizə gətirilib və bir gündə bir neçə min insanı müayinə etmək üçün şərait var”. Komitə sədri dedi ki, 170 minlik xəstələnmə sayı və ölüm sayı elə də yüksək deyil: “Ancaq bu virus çox sürətlə yayılmağa meyilli olan patologiyadır və insandan-insana asan keçir. Həmçinin inkubasiya dövrünün uzun olmasıdır. Eyni zamanda bu ajiotajın səbəbi virusun qaşısını almaq üçün dərman preparatlarının olmamasıdır”. Ə.Əmiraslanov dedi ki, Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri ölkəmizdə olub, görülən işləri yüksək qiymətləndirib və bəzi çatışmazlıqları da deyiblər”. Komitə sədri bildirdi ki, indiyə qədər Azərbaycanda cəmi 27 xəstə aşkar olunub, onların 1 nəfər dünyasını dəyişib. O da İranda böyrək xəstəliyindən müalicə alıb, ağır vəziyyətdə olduğu üçün dünyasını dəyişib. Hazırda 17 nəfər xəstənin də vəziyyəti normaldır.

Ə.Əmiraslanov əhalinin bu məsələyə kifayət qədər ciddi yanaşmadığından şikayətləndi. Dedi ki, əksəriyyət xaricdən Azərbaycana gələn yaxınlarının karantində saxlanılmasını istəmir və bundan yayınır: “Bir nəfər virus daşıyıcısı bir neçə yüz sağlam insanı yoluxdura bilər. Ona görə karantin işinə çox ciddi fikir verilməlidir. Koronavirusdan qorxmaq lazımdır. Amma ajiotayın, panikanın yayılması epidemiyaya qarşı mübarizəni zəiflədə bilər. İnsanlarımız dərk etməlidir ki, bu, çox təhlükəli virusdur. Dövlət əlindən gələni edir. Amma şəxsi gigiyenamıza diqqət etməklə həm də dövlətə kömək etmiş olarıq”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.