banner
banner

Gündəm

Penitensiar Xidmət: Məhkumlar arasında koronavirusa yoluxma yoxdur

Penitensiar Xidmət:

Koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının vaxtında alınması məqsədilə Ədliyyə Nazirliyi Penitensiar xidmətin müəssisələrində və digər struktur qurumlarında kompleks profilaktiki tədbirlər həyata keçirilir.

Penitensiar Xidmətdən musavat.com-a verilən məlumata görə, bununla əlaqədar müvafiq tədbirlər planına uyğun olaraq penitensiar müəssisələrin nəzarət-buraxılış məntəqələrində "sanitariya mühafizə postları" qurularaq fərdi müdafiə vasitələri, məsafədən hərarəti ölçən cihazlar, dezinfeksiya avadanlıqları və vasitələri ilə təchiz edilib. Bu müəssisələrə daxil olan bütün şəxslər və nəqliyyat vasitələri sanitar-təmizləmə prosedurlardan keçirilir, sanitariya-epidemioloji nəzarət gücləndirilməklə geniş maarifləndirmə işi aparılır. Koronavirus infeksiyasının yayılma təhlükəsinin qarşısının alınması məqsədilə vətəndaşların penitensiar müəssisələrə daxil olması, məhkum və həbs edilmiş şəxslərə görüşlərin verilməsi, habelə gətirilən sovqatların qəbul edilməsi müvəqqəti olaraq dayandırılıb. Əməkdaşların və digər aidiyyəti şəxslərin (vəkil, müstəntiq, həkim və s.) müəssisələrə buraxılışı isə xüsusi qaydada həyata keçirilir.

Həyata keçirilən tədbirlərin icrası nazirliyin rəhbərliyinin gündəlik nəzarətindədir. Bu məqsədlə vəziyyəti mütəmadi öyrənmək üçün nazirliyin aidiyyəti məsul işçilərindən və Ədliyyə naziri yanında İctimai Komitənin nümayəndələrindən ibarət monitorinq qrupu yaradılıb.

Monitorinq qrupu penitensiar müəssisələrə baş çəkərək həyata keçirilən profilaktik və təhlükəsizlik tədbirləri, məhkumların saxlanma, tibbi və dərman təminatı ilə maraqlanıb.

Həmçinin ərzaq təminatı və qida şəraiti ilə tanış olunub. Müəyyən edilib ki, məhbusların ərzaq təminatı və gündəlik qida rasionu qanunvericiliklə müəyyən edilmiş normalara uyğun təşkil olunur, bununla bağlı cəza çəkənlər, o cümlədən onların yaxın qohumları tərəfindən şikayətlər daxil olmayıb.

Eyni zamanda məhkumlar və həbs olunmuş şəxslər müəssisələrdə fəaliyyət göstərən, çox çeşidli tələbat malları ilə təmin olunmuş ticarət köşklərinin xidmətindən də istifadə edirlər.

Penitensiar müəssisələrin fəaliyyətinə nəzarətin gücləndirilməsi məqsədilə monitorinqlər davamlı olaraq həyata keçirilir.

Qeyd olunmalıdır ki, şəxsi heyət, penitensiar müəssisələrdə saxlanılan məhkum və həbs edilmiş şəxslər arasında koronavirus infeksiyasına yoluxma halları qeydə alınmayıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.