Operativ Qərargah: 10 minə qədər vətəndaşımız müxtəlif ölkələrdən Azərbaycana gətirilib
Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Operativ Qərargahdan Musavat.com-a verilən məlumata görə, xaricdə olan Azərbaycan Respublikası vətəndaşlarının ilk növbədə azyaşlı uşaqları olan ailələr, yaşlılar, tibbi yardıma ehtiyacı olan şəxslər və qadınlara üstünlük verməklə, müəyyən olunmuş qrafik çərçivəsində və karantin rejiminə yerləşdirməklə Azərbaycana gətirilməsi həyata keçirilir.
Bu günə qədər xüsusi çarter reysləri vasitəsilə 10.000 nəfərə yaxın Azərbaycan Respublikası vətəndaşının müxtəlif ölkələrdən Azərbaycana gətirilməsi təmin edilmişdir.
Ölkə daxilində olan karantin məntəqələrinin qəbul etmək imkanlarını nəzərə alaraq, gələn həftə ərzində 200-400 nəfər Azərbaycan Respublikası vətəndaşının 14-21 və ya 21-28 günlük karantik rejimində yerləşdirməklə müxtəlif ölkələrdən geri qaytarılmasının təmin edilməsi planlaşdırılır.
Türkiyə ilə quru sərhəd yolu ilə Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikası ərazisinə daxil olmaq istəyən Azərbaycan vətəndaşlarının müvəqqəti olaraq Türkiyə ərazisində sərhədyanı ərazilərdə yerləşdirilməsi, sonra qruplar şəklində Naxçıvan Muxtar Respublikası ərazisində yaradılan səhra karantin məntəqələrində 14-28 gün müddətinə karantinə alınmaları nəzərdə tutulub.
Xarici ölkələrdən gələn Azərbaycan Respublikası vətəndaşlarının karantinə alınması məcburi xarakter daşıyır və bütün vətəndaşlardan ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminə ciddi şəkildə riayət etmək tələb olunur.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.