“Kurtlar vadisi”nin məşhur aktyoru koronavirusdan öldü - FOTO
“Kurtlar Vadisi Pusu” serialında canlandırdığı Ordinaryuis obrazı ilə məşhurlaşan aktyor Tarhan Kaya koronavirusdan vəfat edib.
Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor 10 gün əvvəl öskürək şikayəti ilə xəstəxanaya gedib. Xəstəxanada müalicə alan kino ulduzu daha sonra reanimasiyaya yerləşdirilib. Bütün müdaxilələrə baxmayaraq, Tarhan Kayanın həyatını xilas etmək mümkün olmayıb. Aktyorun oğlu Teo atasının koronavirus infeksiyasından vəfat etdiyini açıqlayıb.
Tarhan Kayanın ailə üvlərinə də COVID-19 testi edilib, ancaq heç birinin infeksiyaya yoluxmadığı üzə çıxıb. Onun Fransa vətəndaşı olan keçmiş həyat yoldaşı xaricdə olduğu üçün yas mərasiminə qatıla bilməyib.
Aktyor sonuncu dəfə “Halka” serialında rol almışdı.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.