"Xəstəxanalarda yer olmayacaq" - Operativ Qərargah həyacan təbili çalır
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti mətbuat konfransı keçirilib.
Mətbuat konfransında çıxış edən TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva vətəndaşlara müraciət edərək vəziyyətin ciddiliyini qəbul etmələrini tələb edib.
"Təəssüflər olsun ki, vətəndaşlar vəziyyətin ciddiliyini qəbul etmir. Pandemiya vəziyyətində yaşayırıq. Bütün dünya bundan əziyyət çəkir. Proses çox ciddi hal alıb. Xəstəxanalarda yer olmayacaq. Vətəndaşlara qəti şəkildə deyirik, tələb edirik ki, çölə çıxmayın. Özünüzü izolyasiya edin" - deyə Yaqut Qarayeva bildirib.
Yaqut Qarayeva söyləyib ki, bu günə qədər 30 minə yaxın vətəndaş testdən keçirilib.
"Bu testlər Almaniya istehsalıdır və çox maliyyə tələb edən testlərdir. Bu həm də zaman tələb edir. Bu günə qədər bütün testlər dövlət hesabına edilib. Məndə olan məlumata görə, laboratoriyalar qurulur. Artıq bu istiqamətdə işlər görülür" - deyə TƏBİB rəsmisi qeyd edib.
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədli də bu məsələ ilə bağlı açıqlama verib. Deyib ki, virusun yayılması xəstəliyin sağalmasını üstələyib.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.