banner
banner

Gündəm

Təhsil Nazirliyi: Sosial həssas ailələrdən olan 22 min tələbənin təhsil haqqını dövlət ödəyəcək

Təhsil Nazirliyi:

“Nazirlər Kabinetinin 13 aprel 2020-ci il müvafiq qərarı 22 min tələbəni əhatə edəcək”.

Bunu APA-ya açıqlamasında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, bu tələbələrdən 16 500-ü ali təhsil müəssisələrində, 4500-ü orta ixtisas və 1000-ə yaxını isə peşə təhsili müəssisəsində təhsil alır: “Həssas əhali qrupu deyəndə bura ünvanlı dövlət sosial yardımı alanlar, hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələrindən I və II dərəcə əlilliyi olan şəxslər, işsiz kimi qeydiyyatda olanlar, yaşa görə əmək pensiyaçıları və yaşa görə sosial müavinət alan ailələrin övladları aiddir. Yaxın 20 gün müddətində mülkiyyətindən və tabeliyindən asılı olmayaraq Azərbaycan ali, orta ixtisas və peşə təhsil müəssisələrində oxuyan və sosial həssas qrupa aid ailələrdən olan tələbələrin müəyyən olunması üçün Təhsil Nazirliyinin müvafiq sistemi üzərində iş aparılacaq. Təhsil müəssisələri sosial həssas qrupa aid olan tələbələrin sayını həmin sistemə yönləndirəcək. Bu sistemə daxil olan tələbələrin sayına uyğun olaraq da qərar icra olunacaq”.

C. Valehov qeyd edib ki, qərarın icrası üçün ümumilikdə 40 milyon manat ayrılacaq: “Bu, tələbələrin bütövlükdə 2 semestr ərzində ödəyəcəyi məbləğdir. Ödəniş iki semestri əhatə edəcək. Birinci 2019-2020-ci tədris ilinin yaz semestrini və ikinci 2020-2021-ci tədris ilinin payız semestrini əhatə edəcək. Orta ixtisas və peşə ixtisas təhsili müəssisələrində də eyni qayda ilə yarım illiklər üzrə ödəniş ediləcək. Bu, ümumilikdə götürüləndə 2 semestr olmaqla bir tədris ilinin ödənişi deməkdir”.

Xatırladaq ki, Nazirlər Kabineti sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərar qəbul edib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.