Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "WhatsApp", "Skype" və digər internet mesajlaşma şəbəkələrinin fəaliyyətini məhdudlaşdırmaq niyyətində deyil. Bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov bu gün Bakıda "Azerfon" şirkətinin təşkilatçılığı ilə keçirilən mətbuat konfransında WhatsApp-ın səs xidmətlərinin tətbiq edilməsini şərh edərkən deyib. Onun sözlərinə görə, tətbiq edilən xidmət mobil operatorların gəlirlərinin azalmasına təsir etsə belə, WhatsApp-ın bağlanması vəziyyətdən çıxış yolu deyil: "Azərbaycan internetin azad olduğu və hər kəsin lisenziya almağa ehtiyac olmadan şəbəkəyə qoşulma xidmətlərini göstərə bildiyi azsaylı ölkələrdən biridir". İ.Məmmədov qeyd edib ki, hazırda ölkədə 40-dan artıq internet servis provayderi fəaliyyət göstərir: "Bu baxımdan məhdudlaşdırıcı tədbirlər həll yolu deyil, əksinə, onların texnoloji inkişafı hamının rifahına xidmət edə bilər. Həmin xidmətin məhdudlaşdırılması gündəmdə deyil".
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.