banner
banner

Gündəm

TƏBİB: Gəncədə koronavirusa yoluxan şəxs müalicə almaqdan imtina edib

TƏBİB:

TƏBİB sosial şəbəkələrdə yayılan video ilə bağlı açıqlama yayıb.  

"Report"un xəbərinə görə, açıqlamada bildirilib ki, son günlər Gəncə şəhər sakininin koronavirus testinin nəticəsi neqativ olduğu halda, Goranboy Rayon Mərkəzi Xəstəxanasında koronaviruslu xəstələrlə birgə məcburi müalicəyə cəlb olunduğu barədə iddialar yayılıb.

"Sosial şəbəkələrdə yaydığı videomaterialla bağlı bildiririk ki, vətəndaşdan 11 və 13 aprel 2020-ci il tarixlərdə koronavirus analizi üçün nümunə götürülüb və hər iki testin nəticəsi pozitiv olub. Videomaterialda iddia edilir ki, vətəndaşa sms sistemi vasitəsilə testinin nəticəsinin neqativ olduğu barədə ismarıc göndərilib. Qeyd olunan məsələ dərhal TƏBİB tərəfindən araşdırılıb və məlum olub ki, sözügedən şəxs eyni zamanda Gəncə Şəhər 6 saylı Poliklinikanın Qeydiyyat şöbəsinin əməkdaşıdır.

Analiz üçün nümunələr götürülən zaman bir neçə şəxs eyni telefon nömrəsi qeyd etdiyindən həmin şəxslərdən birinin test nəticəsi sms vasitəsilə göndərilib. Buna baxmayaraq, şəxsə hər iki testinin nəticəsinin pozitiv olduğu barədə dəfələrlə məlumat verilib və laborator nəticələr vətəndaşa təqdim edilib. Ancaq vətəndaş müalicə almaqdan imtina edərək dəfələrlə karantin qaydalarını pozmağa cəhd edib", - TƏBİB-dən bildirilib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.