Çinin iri müəssisələri öz işlərini 100 faiz bərpa edib
Çinin iri müəssisələri yeni koronavirus epidemiyası ilə uğurlu mübarizə nəticəsində öz işlərini tam bərpa edib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Çinin Dövlət Statistika İdarəsinin rəsmi nümayəndəsi Mao Şenyun məlumat verib.
“Çin müəssisələrinin fəaliyyətinin bərpa prosesi uğurlu alınıb, iri kompaniyalar öz işlərini 100 faiz bərpa edib. Kiçik və orta kommersiya təşkilatlarında da vəziyyət gözləniləndən yaxşıdır: onların göstəricisi 80 faizdən yuxarıdır”, - deyə Mao Şenyun mətbuat konfransında bildirib.
Məmurun sözlərinə görə, xarici bazarlardakı vəziyyət daha mürəkkəb inkişaf etdiyi, daxili istehlak isə zəiflədiyi üçün Çin müəssisələri tələbat və sifariş azlığı ilə üzləşirlər. Belə bir vəziyyətdə hökumət cavab tədbirləri, məsələn, vergiləri və müxtəlif dövlət yığımlarını azaltmaq, biznesə əlavə maliyyə dəstəyi göstərmək, istehsalatın bərpası üçün müəssisələrə yardım etmək kimi məsələlər üzərində işləməyə məcburdur.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.