banner
banner

Gündəm

Zaxarova: “Rusiya COVID-19 ilə mübarizədə Azərbaycana yardım göstərməyə davam etməyə hazırdır”

Zaxarova:

Rusiya yeni növ koronavirusun yayılması ilə mübarizədə bundan sonra da Azərbaycana lazımi köməkliyi göstərməyə davam edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

“Bu sahədə Rusiya ilə Azərbaycan arasında sıx əməkdaşlıq qurulub. Mövzu iki ölkənin hökumət başçıları, xarici işlər nazirləri arasında bir neçə dəfə müzakirə olunub, Rusiya və Azərbaycanın müvafiq nazirlikləri daimi əlaqədədir. Bu ilin mart ayının əvvəlindən etibarən Rusiya Azərbaycana 120 test sistemi dəsti verib. Onlar 12 min araşdırma, virusun laborator diaqnostikası üçün nəzərdə tutulub. Tərəfdaşlarımıza bundan sonra da lazımlı köməkliyi göstərməyə davam etməyə hazırıq”, - o deyib.

M.Zaxarova həmçinin qeyd edib ki, Moskva və Bakı vətəndaşlarının vətənlərinə qayıtması məsələsi üzərində sıx çalışır: “Bu məsələdə göstərilən yardıma görə Azərbaycan tərəfinə minnətdarıq, bu, birgə səylərdir, odur ki, biz bu istiqamətdə işləyirik”.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.