banner
banner

Dünya

Atasını öldürən 26 yaşlı Yusifin işi

Atasını öldürən 26 yaşlı Yusifin işi

Atasını öldürməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən 26 yaşlı Yusif Dadaşovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Xatırldaq ki, 26 yaşlı Yusif yaşadıqları Gəncə şəhər Dəmiryolu, 6 ünvanında atası 1967-ci il təvəllüdlü Mübariz Dadaşovu bıçaqlayaraq öldürüb.

Hadisəni törədən zaman Yusif sərxoş olub. Qətlə səbəb isə ailə münaqişəsi zəminində başlayan mübahisə olub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.