banner
banner

Gündəm

COVID-19: Epidemiyanın ikinci dalğasından yayınmaq yolları

COVID-19:

Mayın 11-dək, yəni karantin rejimindən çıxmağın ilkin mərhələsində fransızların 5,7 faizi (3,7 milyon fransız) yeni koronavirusa yoluxmuş olacaq.

AZƏRTAC xəbər verir ki, bu haqda Paster İnstitutunun hazırladığı nəşrində yazılıb. Bildirilib ki, mayın 11-də epidemiyaya qarşı görülən bütün tədbirlər aradan qaldırılarsa epidemiyanın ikinci dalğasından yayınmaq olmayacaq. İkinci dalğadan yayınmaq üçün kollektiv immunitet, yəni immunlaşmış insanların sayı 70 faiz təşkil etməlidir. Ancaq hal-hazırda vəziyyət bu rəqəmdən çox uzaq olduğunu deyilib.

Fransa Baş Naziri Eduard Filip də bununla bağlı bildirib ki, təcrid olma rejimindən çıxanda epidemiyanın 2-ci dalğasından yayınmaq üçün bütün mövcud gigiyenik tədbirlər qüvvədə qalacaq. Baş Nazir fransızlara xəbərdarlıq edib ki, epidemiyadan əvvəlki həyata qayıdış uzun zaman tələb olunacaq.

Paster İnstitutunda epidemiya ilə bağlı tədqiqat aparmış Simon Koşemez təcridolma rejimindən problemsiz çıxmaqla bağlı daha dərindən düşünməyə ehtiyac olduğunu bildirib.

Qeyd edilib ki, əhalinin az qisminin yeni koronavirusa yoluxması təcridolma rejiminin tətbiq olunması ilə bağlıdır. Təcridolma rejimindən əvvəl 3,3 faiz yoluxmuşdursa, təcridolma rejimi müddətində 0,5 faiz yoluxub.

S.Koşemez bildirib ki, yeni virusla ölmək riski qadınlarla müqayisədə kişilərdə 50 faiz daha çoxdur və bu yaş kateqoriyasına görə dəyişir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.