"Elə vaxtında da ayrıldıq" - AzTV-dən çıxan bədii rəhbər
Xəbər verildiyi kimi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) 4 əməkdaşı - AzTV-nin bədii rəhbəri, rejissoru, əməkdar incəsənət xadimi Etibar Babayev, tanınmış rejissor Elnur Məmmədov və "Səhər” musiqili informasiya proqramının baş rejissoru Rəsul Ələkbərov və montajçı Feyzulla öz ərizələri ilə işdən çıxıb. Etibar Babayevin bu olaya münasibəti özünü çox gözlətməyib.
Cia.az-ın məlumatına görə, o, aznews.az-a işdən uzaqlaşmağı haqda bunları bildirib:
“AzTV-dən uzaqlaşmaq fikrim çoxdan var idi. Xeyli vaxt düşünürdüm ki, kənarda bir prodakşn yaradım, film, serial çəkim, tamaşa qoyum. Biz azad insanlarıq. Çıxanların hamısı mənim komandamın üzvləridir. Onsuz da heç bir iş yeri ömürlük deyil. Əgər dövlət qurumunda çalışa bilirsənsə, deməli özəl şirkətdə də işləmək mümkündür”.
AzTV-nin keçmiş bədii rəhbəri televiziyada heç kəslə münaqişədə olmadığını da deyib:
“AzTV bizim doğma televiziyamızdır. Orda çalışanların hamısı dostlarımızdır. Sadəcə, çıxmağımızda məqsəd yaradıcılıq istiqamətini dəyişmək idi. Misal üçün, serial çəkmək istəyirsən, AzTV-də işləyə-işləyə isə bu ideyanı gerçəkləşdirmək qeyri-mümkündür, çünki gərək əməyini buna yönəldəsən, 2-3 ay bu işlə məşğul olasan. Özəl yerdə işləyəndə isə yaradıcılıq baxımından zamanın olur, ancaq televiziyada daşıdığın vəzifə buna imkan vermir. Əlbəttə, hər işin öz tələbi var. Bu yaşacan işlədik, mənə elə gəlir ki, elə vaxtında da ayrıldıq. AzTV-nin rəhbərliyi ilə də heç bir fikir ayrılığım yoxdur. Bu gün, sabah öz işimizə başlayacağıq”.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.