banner
banner

Gündəm

Bakı Limanı: Xarici sürücülər arasında koronavirusa yoluxanlar olub

Bakı Limanı:

Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanında koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün bir sıra tədbirlər həyata keçirilib.

“Report” xəbər verir ki, bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamentinin rəhbəri Rüstəm Əzimov bildirib.

Onun sözlərinə görə, risklər qiymətləndirilərək müvafiq tədbirlər müəyyən edilib:

“Mart ayının əvvəlləri və ortalarına yaxın bəzi dövlətlərin sərhədləri bağlandı. Bizim limanda 1 000-ə yaxın təkərli texnika, yəni yük maşınları yığışdı. Bu isə 1 000-ə yaxın sürücünün liman ərazisində bizimlə birgə qalması demək idi. Həmin sürücülərin hər biri müxtəlif ölkələrdən gəlmişdi. Koronavirus pandemiyasına tutulub-tutulmaması sual altında idi.

Limanın ərazisini üç müxtəlif zonaya böldük və hərəkəti məhdudlaşdırdıq. Sürücülərin bir neçə gün rahat zonalarda qalmaları üçün rahat şərait yaradılmışdı. Məqsədimiz bütün zonalarda olan sürücülərdən analizləri götürmək və hər hansı sürücüdə analizlərin cavabı müsbət çıxarsa, həmin zonanı bağlamaq idi. Eyni zamanda limanın girişində xüsusi karantin zonası yaratdıq ki, yeni gələn yük maşınları həmin zonada yoxlanılsınlar və sağlam olduqlarına əmin olduqdan sonra içəridə təmiz zonaya buraxaq.

Həmin sürücülər hər gün gəlməkdə idi. Hər gün analizlər davam edirdi. Həmin ərəfədə bir neçə sürücüdə analizlərin cavabları müsbət çıxdığına görə, öncədən planlaşdırılmış şəkildə TƏBİB-lə həmin sürücüləri xəstəxanaya yerləşdirdik.

Sürücüləri təmiz zonaya buraxdıqdan sonra biz əmin olmalı idik ki, testdən sonra sürücülər bir-biri ilə təmasda olmayıblar: “Bunu təmin etmək üçün biz zonaları nəzarətçilərlə təmin etdik”, - o deyib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.