ABŞ-ın qocalar evindəki koronavirus dramı - 10 min 217 ölü
Bu günə qədər ABŞ-da 50 minə yaxın insan yeni tip koronavirusdan (COVİD-19) dünyasını dəyişib. Aparılan araşdırmalara görə, virusdan ölüm sayının 5/1-i qocalar evlərində yaşanıb.
“Associated Press”in araşdırmasına görə, bu günə qədər qocalar evində 10 min 217 nəfər koronavirusdan dünyasını dəyişib. Ən çox itki isə Nyu-Yorkda yaşanıb.
“Bir çox mütəxəssislər bunun səbəbini qocalar evlərinə yetərincə test verilməməsi ilə əlaqələndirir”. Bu sözləri ABŞ-dakı qocalar evləri ilə bağlı çalışan Kris Lakşon deyib.
Uzun zamandır ABŞ-ın qocalar evlərini təmsil edən Amerika Sağlamlıq Xidmətləri Birliyinin rəhbəri Mark Parkinson da qocalar evlərinə test verilməməsini, hökumətin bu müəssisələrə o qədər də diqqət ayırmadığını deyib: “Artıq virusla mübarizə xəstəxanalarda deyil, qocalar evlərində yaşanır”.
Ən çox ölüm isə Nyu-Yorkun Bruklin əyalətində yerləşən qocalar evində yaşanıb. Buradakı müəssisədə 55 nəfər yaşlı dünyasını dəyişib. Məlum olub ki, bu günə qədər müəssisə sakinləri koronavirus testindən keçməyib.
Virciniya əyalətinin Riçmond qəsəbəsindəki qocalar evində isə 49 nəfər virusdan ölüb. Müəssisənin direkotru açıqlama verərək bildirib ki, müəssisəyə testlərin verilməsi 2 həftə gecikib.
Vaşinqtonda isə bir qocalar evində 43 nəfər virusdan ölüb.
Məlumata görə, ABŞ-da 15 min 600 qocalar evi var. Həmin müəssisələrdə isə 1,3 milyon yaşlı insan qalır. Xatırladaq ki, iki gün öncə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Ofisinin rəhbəri Hans Kluqe də Avropada koronavirusdan ölüm hallarının yarısının qocalar evində baş verdiyini açıqlamışdı: “Orada işləyənlər tanınmayan qəhrəmanlardır. O işçilərə daha çox qoruyucu kostyum verilməlidir. Qocalar evində yaşlılara daha yaxşı baxılmalı idi, ancaq təəssüf ki, bu, belə olmadı”.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.