banner
banner

Şou

"12 cəsəd daşıdım" - Günayın keçmiş əri

"12 cəsəd daşıdım" -

Azərbaycanlı model Günay Musayevanın keçmiş əri, aktyor Tolqa Karel koronavirusa görə 1 aydır ailəsini görmədiyini deyib.

 

Axşam.az xəbər verir ki, Tolqa bu hada "2. Sayfa" proqramına açıqlamasında söyləyib.

2017-ci ildə aktyorluğu atıb TIR sürücüsü olan Tolqa Amerikaya köçüb və orada Sarah Scott adlı xanımla ailə qurub. Karel ABŞ-da koronavirus infeksiyası ərəfəsində yaşadığı çətin anlardan bəhs edib.

"Ötən ay böyrəklərimdə problem yarandı, həkimə getdim. Rentgen üçün 3500 dollar istədilər. Dedim , siz rengten çəkin, böyrəyim də sizdə qalsın, əvəvz-əvəz olaq. Ölsəm də o pulu vermərəm" sözlərini söyləyib.

Keçmiş aktyor bildirib ki, ailəsini qorumaq üçün 1 aydır TIR-da yaşayır:

"Nə qədər diqqət etsək də, küçədə çox oluruq. Virusa yoluxa bilərəm. Burada insanlar işlərini itirirlər, çox çətin vəziyyətdədilər. Həyat yoldaşımı da 1,5 ildir işlədiyi yerdən çıxardıblar. Nyu-Yorkda mənə qısa məsafəyə aparmalı olacağın yük var dedilər. Gedib yükə baxdım, 12 cəsəd... Şok oldum, amma koronavirusdan ölən həmin 12 insanın meyidini daşıdım".

Qeyd edək ki, Tolqa və Günay illər əvvəl ailə qurub və ayrılıblr. Onların bu nikahdan bir oğlu var.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.