banner
banner

Gündəm

“Bizi ciddi problemlər gözləyir” - Professordan virusun ikinci dalğası açıqlaması

“Bizi ciddi problemlər gözləyir” -

Adil Qeybulla: ”Bəzi insanlar elə zənn edirlər ki, artıq hər şey başa çatıb”

Dünyada koronavirus pandemiyasına yoluxma və ölüm sayı artmaqda davam edir. Lakin bununla belə, artıq bir sıra ölkələrdə karantin rejimi yumşaldılıb. Hazırkı statistikaya görə, dünyada koronavirusa yoluxanların ümumi sayı 3 milyon 77 min 7 nəfər. ölənlər isə 211 min 953 nəfərdir. 

Lakin alimləri qorxudan budur ki, dünyada koronavirus pandemiyasının ikinci, hətta üçüncü dalğası yarana bilər. Bu cür dalğanın yaranacağını düşünənlər müxtəlif əsaslar irəli sürürlər. 

Məsələn, ABŞ Koronavirus Epidemiyası ilə Mübarizə qurumunun direktoru Robert Redfield “Vaşinqton Post” qəzetinə açıqlamasında  deyib ki, dünyanı cənginə alan epidemiyanı ciddiyə almaq lazımdır: “İkinci dalğa səhiyyə sistemimizi çətin vəziyyətə salacaq. Ən pis ssenarilərə hazır olmaq lazımdır”.

Robert Redfield, CDC director: Opioid epidemic worse than AIDS ...

Belarus prezidenti Aleksandr Lukaşenko da hesab edir ki, ikinci dalğa mütləq baş verəcək. O, bildirib ki, evdə qalmağa məcbur olanlar çölə çıxacaqlar və onların zəifləyən orqanizmləri virusa tutulacaq. Bu isə ikinci dalğanın yaranmasına səbəb olacaq. 

İngiltərənin baş naziri Boris Conson isə deyib ki, pandemiyanın ikinci dalğası yeni ölüm və ya xəstəlik deyil, eyni zamanda, iqtisadi fəlakət anlamına da gəlir.

Musavat.com-a açıqlamasında professor Adil Qeybulla bildirib ki, o da ikinci dalğanın baş verəcəyini düşünənlərdəndir.

Adil Qeybulla: "İnsanlar evdə olduğu müddətdə karantin tətbiqi ilə ...

Professor bildirib ki, pandemiyanın ikinci dalğasının gələcəyinə əsas səbəb insanların sosial izolyasiya qaydalarına məhəl qoymamalarıdır:"Mən bu məsələdən çox narahatam. İnsanlar maska taxmırlar, sosial izaolyasına qaydalarını gözləmirlər. Hesab edirlər ki, hər şey artıq geridə qalıb. Bunun özü ciddi narahatlıq doğurur. O baxımdan düşünürəm ki, Azərbaycanda ikinci dalğa yarana bilər. Karantin şərtlərinin yumşaldılmasını bəzi insanlar elə zənn edirlər ki, artıq hər şey başa çatıb. Xeyr, karantin şərtləri ona görə yumşaldılır ki, insanların sosial aktivliyi artsın və digər bu kimi məsələlər düzəlsin. Lakin bu, karantin şərtləri daxilində olmalıdır. Hazırda kollektiv immunitet də formalaşmayıb. Yəni insanlar evdə qalmaqla özlərini bir növ sığortalayıblar. Kollektiv immunitet formalaşmadığı üçün həmin şəxslərdə  yoluxma baş verəcək. Hansılar ki, onlar evdə qalıblar, xəstələnməyiblər. Sosial izolyasiya tətbiqləri ona görə əhəmiyyətlidir ki, virus qurtarana qədər gözlənilsin. Ona görə də müxtəlif fikirlər səsləndirilir. Bəziləri deyirlər ki, payızda yoluxma arta bilər. Bu, həm də qeyd etdiyimiz məsələ ilə bağlıdır ki, insanlar bu gün çölə çıxırlar və yoluxma ilə üz-üzə qalırlar. Yoluxan isə digərinə yoluxdurur və beləliklə növbəti dalğa gəlir. Evdə qalan adam ona görə çölə çıxan zaman yoluxur ki, onun bu virusa qarşı immuniteti yoxdur. Sadəcə olaraq özünü evdə qalmaqla qoruyub. Virus isə hələ ki, sönməyib. Ona görə də düşünürəm ki, sosial izolyasiya tədbirləri gözlənilməlidir. Əgər belə olmasa, bizi ciddi problemlər gözləyir".




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.