banner
banner

Dünya

Türkiyə Prezidenti Trampa məktub göndərib

Türkiyə Prezidenti Trampa məktub göndərib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampa məktub ünvanlayıb.

APA-nın yerli bürosunun CNN TÜRK-ə istinadən verdiyi xəbərə görə, Türkiyədən ABŞ-a yola salınan tibbi ləvazimatlarla birlikdə göndərilən məktubda Ərdoğan D. Trampın ABŞ-da yeni növ koronavirusun (COVID-19) yayılmasının qarşısını almaq üçün atdığı addımları təqdir edib.

Türkiyə Prezidenti bildirib ki, bu çətin günlərdə ölkəsi ABŞ-ın yanındadır.

“Suriya və Liviya başda olmaqla, regiondakı son hadisələr, Türkiyə-ABŞ ittifaqının və əməkdaşlığının daha güclü şəkildə davam etdirilməsinin nə qədər əhəmiyyətli olduğunu bir daha göstərib. Ümid edirəm ki, qarşıdakı dövrdə Konqres və ABŞ mətbuatı da pandemiya vaxtı nümayiş etdirdiyimiz bu birliyin təsiri ilə münasibətlərimizin strateji əhəmiyyətini daha yaxşı qavrayacaq. ABŞ-da COVID-19-dan həyatını itirən vətəndaşlarınızın ailə üzvlərinə və yaxınlarına, dost və müttəfiq Amerika xalqına ölkəm və millətim adından başsağlığı verirəm”, - deyə məktubda qeyd olunub.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.