banner
banner

Gündəm

Koronavirus Bakıdan “gedib” - Əksəriyyət heç bir qaydalara əməl etmir

Koronavirus Bakıdan “gedib” -

Deputat: “Təəssüf ki, vətəndaşlar yaranmış vəziyyətdən sui-istifadə edirlər”

Aprelin 27-dən etibarən Azərbaycanda karantin rejimi yumşaldılıb. Nəticədə bir sıra sahələrdə fəaliyyət bərpa edilib. Eyni zamanda SMS-lə icazə alıb küçəyə çıxma müddəti də 2 saatdan 3 saata qədər artırılıb. Nəticədə son günlərdə Bakı küçələrində həm avtomobilin, həm də piyadaların sayı çoxalıb. Bakı Nəqliyyat Agentliyinin açıqlamasına görə karantinin yumşaldıldığı ilk gün 740 mindən çox sərnişin daşınıb. 

Sosial şəbəkədə paylaşılan fotolardan belə başa düşülür ki, insanlar Bakının mərkəzi küçələrinə çıxıb, gəzirlər. Əksəriyyətin yanaşması budur ki, artıq karantin başa çatıb. Koronavirusa yoluxanlardan sağalanların sayının getdikcə artması da insanlar arasında psixoloji gərginliyi aradan qaldırıb. 

Nəticə olaraq günbəgün Bakıda küçəyə çıxıb, maskasız və əlcəksiz gəzənlərin sayı artır. Avtobuslarda, marketlərdə artıq maska ilə gəzən çox az sayda adam görmək mümkündür. Eləcə də 8-ci kilometr kimi bazarlarda çox nadir hallarda hansısa satıcının ağzında qoruyucu maska görmək mümkündür. Ekspertlər bildirirlər ki, qidanı aldğımız bazarlardan, gəzdiyimiz küçələrdən yenidən koronavirus dalğası gələ bilər. İkinci dalğa isə mövsümlə əlaqədar olaraq immunitet sistemi zəifləyən insanlara daha pis təsir edə, fəlakət yaşana bilər.

Bu kimi açıqlamaları yerli həkimlərlə bərabər, hər gün Ümumdünya Səhiyyə Təşkilatı da verir. Lakin səslənən fikirlərə, açıqlamalara ciddi məhəl qoyulmur.

Dünyada necədir? Dünyada karantin rejimi yumşaldılan ölkələrin sayı çoxdur və hər gün də bu artım davam edir. Hətta dünyada ən çox ölümün və yoluxmanın qeydə alındığı ABŞ-da da karantin rejimi yumşaldılan ştatlar var. O cümlədən İsveçdə sərt karantin rejimi tətbiq edilməyib. Lakin adını çəkdiyimiz hər iki ölkədə insanlara sosial məsafə saxlamaq, maskadan istifadə etmək əsas şərt kimi qoyulub. Qaydalara əməl etməyənlər cərimələnir. 

Bəs nə üçün Azərbaycanda maskadan istifadə ilə bağlı sərt qərar verilmir?

Fəzail Ağamalı Dövlət Komitəsinin sədrini tənqid edib - Report.az

“Yeni Müsavat”a mövzu ilə bağlı danışan deputat Fəzail Ağamalı bildirib ki, indiki halda görünən pozitiv irəliləyişlər hər birimizdə ümidlər doğurur: “Güman edirik ki, tezliklə bu bəladan xilas ola biləcəyik. Lakin 3 gün öncəki statistika ilə dünənki göstəricini müqayisə edən zaman narahat olmağa başladım. Çünki 3 gün öncə 25 nəfər virusa yoluxan var idisə, dünən 49 nəfərin virusa yoluxduğu barədə məlumat yayıldı. Bu, narahatlıq yaradır. Dəfələrlə ekspertlər, beynəlxalq səviyyəli təşkilatlar, onların nümayəndələri, ayrı-ayrı dövlətlər səviyyəsində rəsmi mövqelər birmənalı şəkildə xəbərdarlıq edir ki, bu virusla çox ehtiyatlı olmaq lazımdır. Yumşalma halları da tədricən aparılmalı və heç kimdə arxayınçılıq hissi olmalı deyil. Azərbaycan səviyyəsində də Operativ qərargah bu xəbərdarlığı hər an edir. Kütləvi informasiya vasitələri də bu məsələdə aktivdir. Lakin təəssüf ki, vətədaşlarımız yaranan situasiyadan sui-istifadə hallarına yol verirlər. Heç bir ehtiyac olmadan onlara küçələrdə görünürlər. Çox təəssüfedici hal ondan ibarətdir ki, insanlar tibbi maskalardan istifadə etmirlər. Avtomobillərin sayı isə normal həyatdakından o qədər də fərqlənmir. Yenə də Bakının küçələrində çoxlu sayda maşınları, tıxacı belə görürük”.

Deputat bildirilib ki, tədbirlər sərtləşdirilməli və bu, vətəndaşların ixtiyarına verilməli deyil: “Fədakar polislərimiz yenə də əvvəlki yanaşma, ardıcıllıq və qətiyyətlə Operativ qərargahın tələblərinə əməl etməyənlərə qarşı qanuni addımlarını atmalı və heç kimə güzəştə getməli deyillər. Sizin qəzetin vasitəsilə dəyərli vətəndaşlarımıza müraciət edərək deyirəm ki, bu böyük virusun ağır nəticələrini dünya yaşamaqdadır. Biz sözün həqiqi mənasında görünməyən düşmənlə üz-üzəyik. Hər an bu düşmən bizim həyatımıza son qoya bilər. Bizimlə bərabər bu virus ailəmizi, yaxınlarımızı böyük bəlalara düçar edər. Bunu nəzərə almaq lazımdır. Kim bu məsuliyyətdən kənardırsa, qanunun tələbi ilə ona qarşı ciddi addımlar atılmalıdır. Yaranmış olan bu pozitiv ümidlərin böyük bəlaya çevrilməməsi üçün çalışmaq lazımdır.  Koronavirusun yaratmış olduğu xoşagəlməz hadisənin ikinci dalğasından qorunmaq lazımdır. Biz, İrana, Rusiyaya və digər ölkələrə baxmalı deyilik. Avropada insanlar küçəyə çıxa bilərlər. Hər hansı dövlətin yanaşmasına bu və ya digər şəkildə müdaxilə edən deyilik və bundan nümunə götürməyə də ehtiyac yoxdur. Bu, elə bir nümunə deyil ki, biz ondan götürək. Özümüzün real həyatımıza, təhlükəsizliyimizə nail olmaq üçün sanitariya qaydalarına əməl etməli, özümüzün təcrid etməliyik. Bir neçə gün öncəki gərgin mühitdə yaşamağı yenə də bacarmalıyıq. Bu böyük müharibədir və heç kim məsələ ilə bağlı konkret proqnoz verə bilmir. Hətta deyirlər ki, koronavirus problemi 1 ildən çox çəkə bilər. İndi biz ya bu görünməyən müharibədə məhv olmalı, ya da özümüzü qorumalıyıq. Xüsusilə də Operativ qərargahın mayın sonuna qədər qonşu ölkələrlə hava əlaqələrinin bərpasının uzadılması qərarını yüksək qiymətləndirirəm. Düşünürəm ki, bu yanaşma tamamilə doğrudur və reallığı əks etdirir. Biz özümüzü və yaxınlarımızı qorumaq üçün Operativ qərargahın tələblərinə əməl etməliyik”. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.