banner
banner

Gündəm

“Azərbaycan dilini korlayan qəzetlərdir”- Aqil Abbas

“Azərbaycan dilini korlayan qəzetlərdir”- Aqil Abbas

Milli Məclisdə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş) layihələr müzakirəyə çıxarıldı.

Komitə sədri Zahid Oruc layihə barədə geniş məlumat verdi.

Deputatlar Erkin Qədirli, Nigar Arpadarai, Qənirə Paşayeva, Hicran Hüseynova, Nizami Cəfərov və digərləri layihə ilə bağlı fikirlərini söylədilər.

“Azərbaycan dilini korlayan qəzetlərdir. Çünki beşcə yüz söz bilən adam jurnalistdir. Ona görə də müəyyən cəzalar lazımdır. Çünki bu sahəni bazara çeviriblər”.

Bu fikirləri isə deputat Aqil Abbas Milli Məclisdəki çıxışında söylədi. O bildirdi ki, Dilçilik İnstitutu mənasız işlərlə məşğuldur. A.Abbas dedi ki, bir neçə il əvvəl mərhum Ağamusa Axundova dilçilikdəki problemlərlə bağlı məktub da yazıbmış. “Keçmişdə masa üzərində orfoqrafiya lüğəti olurdu, yaxud “Kommunist” qəzeti, ya  “Azərbaycan gəncləri”ni götürüdük ki, görək söz orda necə yazılıb. Bu gün müəyyən nazirlərimiz var ki, bilmirsən hansı dildə danışırlar. Bəzi nazirlərimiz də var ki, danışıqlarına görə cərimə olunsaydı, gərək maaşını cərimə ödəməyə verərdi. Heç erməni də o cür danışa bilməz. Azərbaycan dilinin orfoqrafik qaydalarını pozanları cərimələyin ki, ağılları başlarına gəlsin. Sovet dövründə jurnalistlər orfoqrafik səhv buraxa bilməzdi”. Deputat bir çox digər problemlərin olduğunu qeyd etdi: “Biz hələ millətimizə ad tapa bilmirik”. A.Abbas dil qaydalarını pozanlara qarşı cəza mexanizminin tətbiqini zəruri saydı: “Mən Aqil Abbas “gələjəm” dediyimə görə kimsə məni cəzalandıra bilməz. Amma mən bunu mətbuatda yazsam, cəzalanmalıyam”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.