Koreya Xalq Demokratik Respublikasının (KXDR) başçısı Kim Çen In Böyük Vətən Müharibəsi illərində KXDR-də həlak olmuş və dəfn edilmiş sovet vətəndaşlarının xatirəsinin əbədiləşdirilməsinə verdiyi töhfəyə görə “1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” medalı ilə mükafatlandırılıb.
“Report” xəbər verir ki, bu barədə Rusiyanın Koreya Xalq Demokratik Respublikasındakı Səfirliyi özünün “facebook”dakı səhifəsində bildirib.
"Rusiya Federasiyası Prezidentinin fərmanına uyğun olaraq Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının sədri Kim Çen In Koreya Xalq Demokratik Respublikası ərazisində həlak olmuş və dəfn edilmiş sovet döyüşçülərinin xatirəsinin əbədiləşdirilməsinə şəxsi töhfə və memoriallara qayğı ilə bağlı “1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illik yubiley medalı ilə mükafatlandırılmışdır", - xəbərdə deyilir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.