banner
banner

Hərbİ

“Türk qırıcılarına imkan verə bilmərik”

“Türk qırıcılarına imkan verə bilmərik”

“Türk qırıcılarının Egey dənizi üzərində sərbəst uçmalarına icazə verə bilməzdik”.

 

Axar.az xəbər verir ki, bu açıqlama ilə Yunanıstanın Müdafiə naziri Panos Kammenos çıxış edib. O, təyyarələrin modernizasiya olunması ilə bağlı imzalanmış 500 milyon avroluq müqaviləyə Türkiyəyə görə imza atdıqlarını bildirib: “Baş Qərargah rəisliyi bizdən bunu tələb etdi. Biz də imzalamalı olduq. Türk qırıcılarının Egey dənizi üzərində sərbəst uçmalarına icazə verə bilməzdik”. Qeyd edək ki, Yunanıstan Baş naziri Aleksis Çipras gizli şəkildə P-3 Orion tipli təyyarələrin modernizasiya olunması ilə bağlı müqavilənin imzalanmasına razılıq verib. Razılaşma sonradan ortaya çıxıb. Borc içində batan ölkənin belə bir razılaşma imzalaması ölkədə etirazla qarşılanıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.