banner
banner

Gündəm

Vilyam Hacıyev barəsində həbs qərarı çıxarıldı - İttihamlar məlum oldu

Vilyam Hacıyev barəsində həbs qərarı çıxarıldı

Məhkəmə İmişli rayonunun sabiq başçısı barəsində həbs qətimkan tədbiri seçib.
Sabiq başçı Vilyam Hacıyev barəsibdə Dövlət Təhlükəsizliyi Xidmətinin təqdimatı ilə Səbail rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətibə həbs qətimkan tədbiri seçilib.

***

Məlum olub ki, Vilyam Hacıyevə qarşı Cinayət Məcəlləsinin bir neçə ağır maddəsi ilə ittiham irəli sürülüb.

V.Hacıyev rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul tələb etməkdə, dövlət büdcəsindən təmir-tikinti, abadlıq işlərinə ayrılan vəsaitləri mənimsəməkdə, rayon ərazisində torpaq sahələrini özbaşına tutaraq şəxsi məqsədlər üçün istifadə etməkdə, ayrı-ayrı vətəndaşların adına açılmış əmək haqqı kartlarına köçürülən pulların nağdlaşdırılmasında suçlanır.

Ona qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma və mənimsəmə maddələri ilə ittiham irəli sürülüb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.