banner
banner

Dünya

Misirdə koronavirusa yoluxanların sayı 7588 nəfərə çatıb

Misirdə koronavirusa yoluxanların sayı 7588 nəfərə çatıb

Misirdə son sutka ərzində COVID-19 virusuna 387 yoluxma faktı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, Misir Səhiyyə Nazirliyinin məlumatında ölkədə koronavirusa yoluxanların ümumi sayının 7588 nəfərə çatdığı qeyd olunur.

Məlumatda mayın 6-də COVID-19 virusundan 17 nəfərin öldüyü, həyatını itirənlərin ümumi sayının 469 nəfərə çatdığı bildirilib. Əlavə edilib ki, son sutka ərzində xəstəlikdən 85 nəfər sağalıb, ümumilikdə 1815 pasiyent tam müalicə olunub.

Misirin Baş Naziri Mustafa Mədbuli bildirib ki, ölkədə tibbi maskaların istehsalı artırılır. O, əhalini pandemiyadan qorunmaq üçün daha ehtiyatlı davranmağa çağırıb. Qeyd edib ki, tibbi maskalardan istifadə insanların həyat tərzinə çevrilməlidir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.