banner
banner

Gündəm

Aqil Abbasdan sərt etiraz: "Qafar Çaxmaqlı, dünya bizi lağa qoyacaq..."

Aqil Abbasdan sərt etiraz:

25 il bundan qabaq Qərbi Azərbaycan Mühacirət Hökuməti ilə bağlı müzakirələr aparılırdı. Qafar Çaxmaqlı dostumdur, bir yerdə işləmişik, amma mühacirət hökumətinin nə olduğunu bilmir, imkanı varsa, gedib öyrənsin. Türkiyədə böyük universitetdə kafedra müdiridir, orada erməni dilində bilən bircə qadın professor vardı, bu dilə çox laqeyd baxırdılar. Qafar Çaxmaqlı erməni dilini gözəl bilir, kadrlar yetişdirilməsində böyük xidmətləri olub, indi də kafedraya rəhbərlik edir. Amma mühacirət hökuməti anlayışını deyəsən, hələ bilmirlər.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

Onun sözlərinə görə, 1920-ci il aprelin 28-də Rusiya Azərbaycanı işğal edəndə mühacirət hökumətini yaratmaq olardı: “Onda Azərbaycan dövləti vardı, xaricdə mühacirət hökuməti yarada bilərdilər. Yəni qanun budur. Ermənistanda hökumətimiz, baş nazirimiz, nazirlərimiz olmayıb axı. Çox mənasız söhbətdir. Hətta deyirlər ki, parlament yaradıb deputat seçəcəyik. Hamısı nağıldır”.

Aqil Abbas hesab edir ki, bundan ermənilər istifadə edib Türkiyəyə qarşı təzyiq göstərəcəklər: “Həm də dünya baxıb bizi lağa qoyacaq. Qafar Çaxmaqlı, dostum, evindən çıxıb mağazaya gedib çörək ala bilmirsən, Qərbi Azərbaycan Respublikası yaradırsan? Dövlət içində dövlət yaradırsan? Sənin daxili işlər nazirin, qoşunun olacaq? Olubmu sənin Ermənistanda hökumətin? Uzaq başı kolxoz sədri, qəzet redaktorları, ikinci katiblər olmusunuz.

Vaxtilə vəzifədə ermənilər olub. Onda ermənilər Ermənistan Azərbaycan Mühacirət Hökuməti yaradacaqlar. Özü də onlardan vəzifəli adamlar daha çox idi, nazirlər, Mərkəzi Komitənin katibləri, nazir müavinləri vardı, onların imkanları daha çoxdur. Qafar Qaxmaqlı, çox sevdiyim, ağıllı adamdır, bilmirəm niyə belə edir...”

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.