ABŞ Braziliya üçün qapılarnı bağladı - səbəb pandemiyadır
ABŞ koronavirusun ən çox yayıldığı Braziliyaya öz qapılarını bağlayıb.
Bu barədə Ağ Ev sözçüsü Kayli Makenani yazılı bəyanat yayıb. Makenani bildirib: “Prezident bu gün ölkəmizi qorumaq üçün Braziliyadan gələn insanların ABŞ-a girişini qadağan edən addım atıb”.
Makenanı bəyanatda Braziliyada koronavirusa yoluxma sayının 310 mini keçdiyini və bu sayın dünyadakı digər ölkələrlə müqayisədə çox olduğunu vurğulayıb. Ağ Ev sözçüsü həmçinin qeyd edib ki, braziliyalıların ölkəyə girişi dayandırılsa da, ticarət əlaqələri davam edəcək.
Qeyd edək ki, Braziliyada virusa yoluxanların sayı son olaraq 365 min 213 nəfər olub. Bu sayla Braziliya Rusiyanı da geridə qoyaraq, ABŞ-dan sonra ikinci sırada dayanıb. Viursdan ölənlərin sayı da hər gün daha çox artmaqdadır. Bu günə qədər ölkədə 22 min 746 nəfər koronavirusdan ölüb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.