banner
banner

Dünya

Nigeriyada silahlı dəstələrin 30 üzvü zərərsizləşdirilib

Nigeriyada silahlı dəstələrin 30 üzvü zərərsizləşdirilib

Nigeriya hərbçiləri ölkənin şimal-qərbində silahlı dəstələrin üzvlərini zərərsizləşdiriblər.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Con Eneçe bildirib.

O, qeyd edib ki, əməliyyat otlaqlara görə çobanlarla fermerlər arasında tez-tez silahlı münaqişələrin baş verdiyi Zamfara ştatının Doumborou meşəsində keçirilib.

Əməliyyat aviasiyanın dəstəyi ilə təşkil olunub. Silahlı dəstələrin bir çox üzvləri qaçmağa müvəffəq olub.

Qanunsuz qruplaşmaların sığınacaqları və anbarları məhv edilib, xeyli sayda silah-sursat ələ keçirilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.