banner
banner

Dünya

Almaniyada COVID-19-la bağlı son vəziyyət

Almaniyada COVID-19-la bağlı son vəziyyət

Son bir gün ərzində Almaniyada koronavirusdan 22 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19-la bağlı statistika aparan Robert Kox İnstitutu bildirib.

İnstitutun məlumatına görə, ötən sutka ölkədə COVID-19-a yoluxanların sayı 301 nəfər artıb.

Qeyd edilir ki, AFR-də bütün vaxt ərzində virusa 183 979 yoluxma qeydə alınıb, COVID-19-a yoluxmuş 8 668 pasiyent ölüb. Bununla yanaşı, 169 mindən xəstə sağalıb.

Təhlükəli virusa ən çox yoluxma Bavariyada aşkarlanıb. Burada 47 334 nəfərin koronavirusa yoluxması qeydə alınıb. Şimal Reyn-Vestfaliyada 38 616 nəfər və Baden-Vürtemberqdə 34 912 insan virus daşıyıcısı kimi qeydə alınıb. Berlində virusa yoluxma ilə bağlı 6 997 hal təsdiqlənib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.