banner
banner

Gündəm

2 günlük sərt karantində nələr oldu - dövlət qurumlarından açıqlama

2 günlük sərt karantində nələr oldu -

Bu günlər ərzində fəaliyyət göstərən dövlət qurumları hesab edirlər ki, əhalinin böyük əksəriyyəti qoyulan qaydalara əməl edib...

Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar hökumət ötən həftənin şənbə və bazar günlərini əhatə etməklə, iki günlük sərt karantin rejimi tətbiq etdi. Bu iki gün ərzində ictimai-asayişi pozmağa cəhd edən bəzi şəxsləri çıxmaq şərti ilə həm əhalinin, həm də əhaliyə nəzarət edən polisin fəaliyyəti ekspertlər, ictimai şəxslər tərəfindən yüksək qiymətləndirildi.

Bəs ötən 2 günlük sərt karantin günlərində digər qurumlar necə işləyiblər?

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsi koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazilərində tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejimi qaydalarını pozanların sayını açıqlayıb.

DYP-dən sürücülük vəsiqəsinin müddəti bitən şəxslərə XƏBƏRDARLIQ ...

BDYPİ-dən verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazilərində tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə iyunun 6-sı saat 00:00-dan iyunun 8-i 06:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 2 524 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə, respublikanın digər avtomobil yollarında isə sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə həmin məcəllənin 211.2-ci maddəsi ilə 218 və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə Məcəllənin 211.3-cü maddəsi ilə 5 nəfər olmaqla ümumilikdə 2 776 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

icaze.e-gov.az portalının fəaliyyəti yenidən aktivləşdirilib ...

Onu da bildirək ki, bugünlərdə də icaze.e-gov.az portalı fəaliyyət göstərirdi və Nazirlər Kabineti yanında Operativ Qərargahın siyahısında olan qurumların əməkdaşları bu portaldan qeydiyyatdan keçməklə, hərəkət edə bilirdilər. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən “Yeni Müsavat”a bildirilib ki, məhdudiyyətlərin tətbiq edildiyi müddətdə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə icaze.e-gov.az portalına daxil edildikdən sonra yol verilib:

“Əməkdaşlar üçün icazənin alınması ilə bağlı 9 218 dövlət və özəl təşkilat, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən icaze.e-gov.az portalı vasitəsi ilə 159 871 icazə qüvvədə olub”.

Bakı Nəqliyyat Agentliyi müsabiqə elan edir

Karantin günlərində fəaliyyət göstərən qurumlardan biri də Bakı Nəqliyyat Agentliyi idi. Agentlik bugünlərdə fəaliyyətinə icazə verilən qurumları ehtiyac olduğu təqdirdə nəqliyyat vasitəsilə təmin etməli idi. Agentlikdən “Yeni Müsavat”a bildirilib ki, karantin günlərində Bakı şəhərinin müxtəlif ərazilərini əhatə edən 13 istiqamət üzrə sərnişin daşımaları icra edilib.  Bildirilib ki, daşımalara ümumilikdə 40-a yaxın avtobus cəlb edilib:

“8 iyun səhər saat 06:00-dan isə müntəzəm və ekspres xətlər üzrə sərnişindaşımaları bərpa olunub. Sərnişin tələbatının ödənilməsi məqsədi ilə ümumi xətlərə 1 900-ə yaxın avtobus buraxılıb ki, bu da ötən ilin yay mövsümü ilə müqayisədə 15-20% çoxdur. Sosial məsuliyyət nümayiş etdirərək sərt karantin rejimi qaydalarına anlayışla riayət etdiklərinə görə vətəndaşlarımıza təşəkkür edirik. Bir daha sərnişinlərimizə ictimai nəqliyyatdan istifadə edərkən tibbi maskalardan istifadə etmələrini tövsiyə edirik”, - deyə məlumatda qeyd edilib.

Yuxarıda da qeyd etdiyimiz kimi,  Bakı Şəhər Dövlət Yol Polisinin əməkdaşları şəhər ərazisində gücləndirilmiş iş rejimində xidmətlərini davam etdiriblər. Onlar hər küçədə, məhəllədə gəzib, əhalinin karantin qaydalarına əməl etmələrinə nəzarət ediblər.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, küçə və prospektlər yol polisi tərəfindən tam nəzarətə götürülüb və bunun üçün 80-dən artıq stasionar post və yeni yoxlama məntəqələri təşkil edilib.

Son 2 gün ərzində, həftəsonu qadağaların olduğu müddətdə təcili tibbi yardıma çağırışların və hospitalizasiyaların sayı artıb.

Bunu Report-un sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva deyib.

O bildirib ki, sutka ərzində paytaxtda 2 500-ə qədər çağırış icra edilib:

“Arterial təzyiq, nevrotik vəziyyət, nefroloji xəstələrin daşınması və somatik müraciətlər üstünlük təşkil edib”.

TƏBİB rəsmisi qaydaları pozan tibb işçilərindən danışdı - Report.az

TƏBİB rəsmisi eyni zamanda təcili yardım briqadasının çağırışlara gec gəlməsi ilə bağlı səsləndirilən iradlara da münasibət bildirib:

“Qapanma ilə bağlı insanları əvvəlcədən məlumatlandırmışdıq ki, apteklər fəaliyyət göstərməyəcək. Müəyyən dərmanlar alınıb evdə saxlanmalı idi. Lakin müşahidə etdiyim o oldu ki, çağırışların sayı həddindən artıq artmışdı. Bu da haqlı ləngimələrə səbəb olurdu. Adi ağrıkəsicinin vurulması üçün belə təcili yardım çağırılıb. Bütün bunları nəzərə alaraq, ləngimələrin olduğunu təkzib eləmirik. Bundan başqa, fərdi nəqliyyat vasitəsi olmayan dializ xəstələrinin də xəstəxanalara aparılıb-gətirilməsi üçün ambulanslardan əlavə nəqliyyat təşkil olunub. Ümid edirik ki, növbəti mərhələdə vətəndaşlar daha yaxşı hazırlaşmış olacaq və süni tıxac yaratmayacaqlar. Əgər növbəti qapanmalar olsa, insanlar həmin günlərdə necə davranmaq lazım olması ilə bağlı maarifləndiriləcək. Daha ciddi xəstələr var və belə vəziyyətdə onlar üçün gecikmələr yaranır”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.