“Nə ailəsi karantinə alınıb, nə də test götürülüb” - Xalq artistinin dəfnində iştirak edən müğənni
Xalq artisti Teymur Mustafayevin ölümü ətrafında müzakirələr davam edir. Belə ki, TƏBİB xalq artistinin koronovirusdan öldüyünü desə də, nəvəsi babasının şəkərli diabetdən öldüyünü iddia edib.
Bu gün isə T.Mustafayev Cəlilabadda oğlu ilə həyat yoldaşının yanında dəfn olub. Xalq artistinin dəfnindən görüntülər yayılıb. Mərasimdə 50-dən artıq şəxsin iştirak etməsi isə müzakirələrə səbəb olub.
Musavat.com iddialarla bağlı dəfndə iştirak edən müğənni Yusif Mustafayev ilə əlaqə saxlayıb.
Müğənni bildirib ki, dəfndə ondan başqa sənət yoldaşı iştirak etməyib: “Biz Teymur əminin Bakıda, Fəxri Xiyabanların birində dəfn olunmasını istəyirdik. Mədəniyyət Nazirliyinə müraciət etdik. Dedilər ki, nazir təyin olmayıb, ona görə heç nə edə bilməzlər. Biz də Teymur bəyin istəyinə uyğun olaraq, onu Cəlilabad rayonunda həyat yoldaşı və oğlunun yanında dəfn etdik. Dəfndə yaxın adamları iştirak etdi. Bizə deyilmişdi ki, qaydalara əməl edin. Biz də qaydalara əməl etdik, sosial məsafəni qoruduq”.
T.Mustafayevin koronavirusdan vəfat etməsi ilə bağlı TƏBİB-in açıqlamasına da sənətçi aydınlıq gətirib: “Şəkərli diabetdən əziyyət çəkirdi. Neçə gün idi ki, xəstəxanada yatırdı. Dünən vəfat etdi, bu gün səhər tezdən ailəsi ilə birlikdə “Semaşko”dan (1 saylı Kliniki Tibbi Mərkəz) çıxarıb, Cəlilabada apardıq. Ailəsi nə nəzarətə götürülüb, nə də onlardan koronavirus testi götürülüb. Koronavirus əlamətləri olan da yoxdur. Belə bir açıqlama niyə verilib, bilmirik. Yəqin, belə məsləhət olub”.
T.Mustafayevin ailəsinin iddialarına münasibət öyrənmək üçün TƏBİB-in mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.