banner
banner

Gündəm

Koronavirusdan ölən iş adamının müəllimi: “Bu virus yaş tanımır”

Koronavirusdan ölən iş adamının müəllimi:

Bu gün koronovirus infeksiyasına yoluxma şübhəsi ilə vəfat edən 34 yaşlı Fərid Nəcəfqulu oğlu Əliyev doğulduğu Ağcabədi rayonunda xüsusi qaydalara uyğun dəfn edilib.

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Ağcabədi Rayon İcra Hakimiyyəti yas mərasiminin kütləvi keçirilməsinə icazə verməyib.

Çox az sayda insan sosial məsafəni gözləməklə ailənin yaxınlarına başsağlığı verməyə gəlib.

Ağcabədi şəhəri Həzi Aslanov küçəsində qeydiyyatda olan Fərid Əliyev iş adamı kimi fəaliyyət göstərib və ailəsi ilə birlikdə Bakıda yaşayıb. O, bir həftə əvvəl özündə nasazlıq hiss edib, qızdırma, halsızlıq, kəskin ağrılar və nəfəs darlığından əziyyət çəkib. Buna baxmayaraq, Fərid Əliyev həkimə müraciət etməyib, ev şəraitində özü müalicə olunmağa cəhd edib. Dünən axşam saatlarında vəziyyəti kəskin pisləşdiyi üçün ailə üzvləri təcili tibbi yardım çağırıblar.

Təcili yardım gəlsə də, Fərid Əliyev xəstəxanaya aparılarkən yolda vəfat edib.

Yaxınlarının bildirdiyinə görə, Fərid Əliyev hansısa xəstəlikdən əziyyət çəkməyib, onun şikayəti olmayıb. Onun iki azyaşlı övladı var, ikinci övladı 2 ay əvvəl dünyaya gəlib. Fərid Əliyevin ölümü göstərdi ki, virus yaş tanımır.

“Bu gün bizim rayonumuzda əhvalımıza çox pis təsir edən bir hadisə baş vermişdir. Fərid bizim şagirdimiz olub. Çox tərbiyəli və zəhmətkeş şagird olub. Ailəsinə və evinə qarşı çox etibarlı idi. Bu hadisə göstərdi ki, virus yaş tanımır. Harada olsa, kimi olsa, yoluxdurur. Əvvəllər deyərdilər ki, yaşı altmışdan yuxarı olanlara mənfi təsir göstərir. Gördük ki, gəncləri də yoluxdura bilir. Mən burdan üzümü bütün yaşdan olan insanlara üz tuturam. Hamımız bu məsələyə ciddi yanaşaq. Qoyulan qayda və qanunlara riayət edək. Maskalardan istifadə edək. Azərbaycan Respublikasının Prezidenti Ağcabədi rayonuna səfəri zamanı maskadan istifadə etməsi hamımıza nümunə olmalıdır. Bu, hamımıza örnək olsun”.

Səadət müəllimə, onu da bildirib ki, yaxınlarında və ya ailə üvlərində koronovirusun əlamətlərini görən hər kəs səhiyyə ocaqlarına məlumat verməlidir. Əks halda bunu gizlətməklə daha böyük faciələr baş verə bilər.

“Biz birlikdə qaydalara əməl etməklə bu bəlaya qalib gələ bilərik. Sosial məsafəni qoruyaq. Əgər hər hansı bir adam öz sağlamlığında kiçik bir zərrə qədər narahatçılıq hiss edərsə, səhhətimizin keşiyində duran həkimlərə təcili müraciət etmək lazımdı. Bu məsələyə hədsiz dərəcədə ciddi yanaşmalıyıq, yoxsa belə bəlalar bizi buraxmayacaq. Fəridin ölümü mənə çox pis təsir edir. Bütün insanlara müraciət edirəm səhhətinizi qoruyun. Həyatı doya-doya yaşayın”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.