Sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün yol polisi tərəfindən saxlanılan polis bölməsinin rəis müavini vəzifəsindən uzaqlaşdırılıb.
Virtualaz.org saytının əldə etdiyi məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 38-ci polis bölməsinin (PB) rəis müavini, polis polkovnik-leytenantı Şərifov Rafiq Vaqif oğlu artıq işdən çıxarılıb və sərəncama göndərilib.
Xatırladaq ki, bir neçə gün əvvəl rəis müavini idarə etdiyi 90 BZ 455 dövlət nömrə nişanlı “Land Rover” markalı avtomobillə əvvəlcə polislərin “Saxla!” əmrinə tabe olmamışdı. Sonra polislər R.Şərifovu məcburi qaydada saxlayaraq Abşeron RPİ-yə aparmışdılar.
Hadisə baş verən gündən R.Şərifova 38-ci PB-də işə çıxmaq qadağan edilmişdi.
Faktı virtualaz.org saytına Qaradağ RPİ 38-ci polis bölməsindən də təsdiqlədilər. Əlavə etdilər ki, R.Şərifovun yerinə hələ təyinat olmayıb.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.