“Möcüzələrə inanıram” – Murad Dadaşov Bəhramdan danışdı
Xalq artisti Murad Dadaşov koronavirusla mübarizə aparan həmkarı Bəhram Bağırzadə haqqında danışıb.
Xalq artisti “Planet Parni iz Baku”nun instaqram səhifəsinə görüntülü bağlanaraq həmkarının sağalacağına inandığını deyib: “Bəhramın canının ağrısı ilə maraqlanan hər kəsə təşəkkür edirəm. Xalq və cəmiyyət üçün Bəhram Bağırzadə fərqli bir insandır. Onun səhhəti ilə bağlı xəbər hamımızı məyus etdi. Vəziyyət hamını şoka salıb. Bəhramı hamı sevir. İnsanlar onun səhhəti barədə bizdən xəbər gözləyir. Susanda şayiələrin yayılmasına səbəb yaradırıq. Aydındır ki, ailəsinin vəziyyəti çox ağırdır. Bəhramın yaşlı anası, övladları, xanımı və bacısı var".
Murad Dadaşov bildirib ki, nə isə yazanda ilk növbədə onları nəzərə almaq lazımdır:"Biz hamımız çox gərginik və məsələ çox çətindir. Bu bəla millət, yaş, cins, sərhəd tanımır. İstənilən qapını döyə bilər. Bu hadisə “koronavirus yoxdur” deyənlərə cavabdır. Bəhramın enerjisi onun sağalmasına bəs edər. Açıq deyim, proqnoz və s. kimi şeylərə yox, möcüzələrə inanıram. İnsanın həyatı boyu etdiyi yaxşılıqlar ən çətin məqamlarda qarşısına çıxır. Ümid edək ki, Allah Bəhramı bizim üçün qoruyacaq”.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.