banner
banner

Dünya

Ağ Evdə daxil olmaq istəyənlər silahlı imiş

Ağ Evdə daxil olmaq istəyənlər silahlı imiş

Sentyabrın 20-də Ağ Evə daxil olmağa çalışan, ayın 21-də isə avtomobili ilə Ağ Ev ərazisini tərk etməkdən imtina edən şəxslərin hər ikisi silahlı olub. Bu açıqlamanı Vaşinqton prokurorluğu edib.

ANS PRESS-in məlumatına görə. Ağ Evin hasarından atlayaraq binaya daxil olmağa çalışan şəxs bıçaqla silahlanmış olub, ikinci qanun pozucusunun avtomobilində isə silah və 800 güllə aşkar edilib.

İraq müharibəsi veteranı olan 42 yaşlı Omar Qonsales Ağ Evin həyətinə daxil olarkən, prezident Barak Obama və ailəsi 10 dəqiqə əvvəl Ağ Evi tərk etmişdi.

İnsidentlərdən sonra ABŞ Məxfi Xidməti prezident iqamətgahının bütün Şimal Hasarı boyunca patrul və müşahidə tədbirlərini gücləndirib. Ağ Evin mühafizəsi ilə bağlı araşdırma başladılsa da, ABŞ prezidenti Barak Obama Məxfi Xidmətin işini qiymətləndirib və Ağ Evə daxil olmaq istəyən silahlı şəxsin saxlanılması zamanı fədakarlıq göstərən məxfi agentlərə şəxsən təşəkkürünü bildirib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.