Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə aktrisa ütüsünə quyudan su doldurarkən baş verib.
"Məni ildırım elə vurdu ki... Bu, gerçəkdən dəhşət idi. Həyətimdə su quyusu var. Ütüyə su doldurmağa çıxdım. Quyuya ildırım düşdü və sudan elektrik gəldi. Yerdən məni göyə qaldırıb soyuducuya çırpdı" deyə, 62 yaşlı sənətçi bildirib.
Stoun bildirib ki, həmin an huşunu itirib:
"Anam evdə idi, üzümə sillə vuraraq məni özümə gətirdi. O qədər qəribə bir hiss idi ki, sözlə ifadə edə bilmirəm. Təcili avtomobilə minib, xəstəxanaya getdim. Elektrokardioqram edildi, o da bədənimdəki elektriki göstərirdi".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.