banner
banner

Gündəm

Abşeron Rayon İcra Hakimiyyəti məlumat yaydı: "Hazırda müavinlərin hər biri iş başındadır"

Abşeron Rayon İcra Hakimiyyəti məlumat yaydı:

Abşeron Rayon İcra Hakimiyyəti qurumun binasında əməliyyat keçirilməsi və müavinlərin həbs olunması barədə məlumat yayıb.

Məlumatda deyilir:

"Bir neçə kütləvi informasiya vasitəsində Abşeron Rayon İcra Hakimiyyətinin binasında əməliyyat axtarış tədbirləri həayta keçirilməsi və müavinlərin həbs olunması barədə məlumatlar dərc edilib. Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat xidməti olaraq bildiririk ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Rayon İcra Hakimiyyətinin binasında əməliyyat həyata keçirilməyib və müavinlər həbs olunmayıb. Hazırda müavinlərin hər biri iş başındadır.

Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat Xidməti də məlumat yayaraq bildirir ki, bəzi kütləvi informasiya vasitələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon İcra Hakimiyyətinin bir sıra vəzifəli şəxslərinin saxlanılması barədə dəqiqləşdirilməmiş informasiyalar yayılmışdır: “Cəmiyyətdə çaşqınlığa səbəb ola biləcək informasiyaların yayılmasının qarşısının alınması məqsədilə bu qəbildən olan məlumatların Baş Prokurorluğun mətbuat xidməti ilə dəqiqləşdirilməsi xahiş olunur".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.